19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Ölkə futbolu

Berti Foqts: “Azərbaycanlı futbolçular elə bilirlər ki...”

“Azərbaycan futbolunda inkişaf çox aşağı sürətlə gedir. Uşaq futboluna daha çox diqqət ayırmaq lazımdır ki, gələcəkdə peşəkar futbolçular yetişsin”. Futbolxeber.az saytının qol.az-a istinadən verdiyi məlumata görə, bunu milli komandamızın sabiq baş məşqçisi Berti Foqts deyib.

İsveçin  “expressen.se” saytı Avropa Liqasının pley-off mərhələsində bu gün keçiriləcək “Qarabağ” - “Göteborq” oyunu öncəsi Azərbaycan futbolu ilə bağlı araşdırma aparıb.

Berti Foqts isə sayta açıqlamasında Azərbaycan futbolunu tənqid edib: “Azərbaycanlı futbolçular özlərini çox rahat hiss edirlər. Onlar elə bilirlər ki, hər şeyi bacarırlar. Buna görə də çətin məşqlərə üstünlük vermirlər. Mən belə şeyi sevmirəm.

Deyə bilərəm ki, Azərbaycan futbolunun perspektivi var. Bu barədə nikbin danışmaq olar. Yaxşı stadionları, akademiyaları olan klublar var. Ancaq hər şey infrastrukturla həll olunmur. Azərbaycanda meydançaları boş görəndə əsəbləşirdim”.

Qeyd edək ki, Berti Foqts 2008-2014-cü illərdə millimizi çalışdırıb.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30