16 Aprel 2024, Çərşənbə axşamı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı
XXX turun hakim təyinatları

Ölkə futbolu

“Stadion “Qəbələ” önündə alınmaz qalaya çevriləcək”

“Çempionat oyunundan sonra “Qəbələ” ilə matça köklənməyə çox vaxtımız olmadı. Bununla belə, uğursuz gedişə son qoyacağımıza inanıram”. Futbolxeber.az saytının məlumatına görə, bunu “Maribor”un futbolçusu Aleş Mertelj deyib.

Sloveniya təmsilçisi Avropa Liqasının pley-off mərhələsinin cavab görüşü çərçivəsində sabah “Qəbələ”ni qəbul edəcək. “Maribor” ölkə çempionatı da daxil olmaqla, artıq 5 oyundu qələbə üzünə həsrətdi.

29 yaşlı yarımmüdafiəçi yerli mətbuata açıqlamasında vəziyyəti düzəltmək iqtidarında olduqlarını bildirib: “Təəssüf ki, son vaxtlar çox xal itkisinə məruz qaldıq. Bilirik ki, hardasa səhvə yol veririk. Bu barədə çox danışılıb. Ancaq yolumuza davam etməliyik. Səhvlərimizdən düzgün dərs çıxarmalı, yanılmamalıyıq. Güclü olmaq məcburiyyətindəyik. Öz gücümüzə inanırıq, çünki biz bu cür vəziyyətlərdən çıxa bildiyimizi dəfələrlə göstərmişik”.

Mertelj “Qəbələ” üzərində qələbə qazanıb mərhələ adlayacaqlarına inandığını da vurğulayıb: “Hər oyun bizim üçün ayrı tarixdi. Hesab edirəm ki, müsbət fikirdə olmalı, əhvalımızı pozmamalıyıq. Həmçinin azarkeşlərimizin də dəstəyinə ehtiyacımız var. Sabah doğma arenamız “Qəbələ” önündə alınmaz qalaya çevriləcək. Hamımız birlikdə irəli baxıb, qələbəyə köklənəcəyik”.

Qeyd edək ki, sabah “Lyudski vrt” stadionunda keçiriləcək “Maribor” - “Qəbələ” oyunu Bakı vaxtı ilə saat 22:15-də başlayacaq. Bu komandalar arasında Bakıda baş tutan ilk qarşılaşmada təmsilçimiz 3:1 hesablı qələbə qazanıb (apasport.az).




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30