18 Aprel 2024, Cümə axşamı
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Vaqif Sadıqov: "San Marino ilə oyunda bizi yalnız qələbə qane edir"

"San Marino ilə oyunda başqa nəticə düşünmək olmaz. Bizi yalnız qələbə qane edir". Futbolxeber.az saytının məlumatına görə, bunu "Report"a açıqlamasında AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov deyib.

DÇ-2018-in seçmə mərhələsində Azərbaycan millisi ilə San Marino yığması arasında keçiriləcək oyun haqqında danışan V.Sadıqov Robert Prosineçkinin rəhbərlik etdiyi komandanın qələbə qazanmalı olduğunu bildirib: "Heç-heçə də bizim üçün uğursuz nəticə sayılacaq. Səfərdən 3 xalla dönüb Norveçlə oyuna hazırlaşmalıyıq. Bu, bizim üçün böyük sıçrayış ola bilər. Üstəlik, Norveçlə oyunda da sərfəli nəticə qazanıb, həmin nəticəni qorumaq lazımdır. Komandanın qarşısına maksimum vəzifə qoyulub".

Komitə sədri milliyə dəvət olunan futbolçulardan da danışıb: "Yığmaya gənc oyunçuların dəvət olunmasını dəstəkləyirəm. Həmin futbolçulardan yaxşı mənada yararlanmaq lazımdır".

Qeyd edək ki, sentyabrın 4-də keçiriləcək San Marino - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30