29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Millimizlə San Marinoya hansı komanda gedəcək?

Həvəskar futbolçuların “MFL San Marino Kuboku” artıq final mərhələsindədir. Futbolxeber.az saytının məlumatına görə, bu çempionatın qalib komandası AFFA-nın dəstəyi ilə yığmamızla birlikdə Azərbaycan - San Marino oyununu izləməyə gedəcək.

Bu gün, saat 21:00-da “Sportster” meydançasında baş tutacaq həyəcanlı final qarşılaşmasında çempionatın ən güclü iki komandası - “Azfar” və “Juventus Baku” üz-üzə gələcək.

“MFL San Marino Kuboku” iyulun 22-də 40 komandadan olan 400 həvəskar futbolçu ilə start götürüb. MFL-in təşkil etdiyi ilk turnirdə komandaların limit sayı 24 olsa da, ikinci çempionatda müraciətlərin çoxluğunu nəzərə alaraq, təşkilatçılar bu sayı 40-a qaldırıblar.

Final qarşılaşmasını izləmək üçün turnirin son oyununa AFFA-dan rəsmilər, millidən oyunçular, eləcə də məşhur simalar dəvət olunublar. 

“MFL San Marino Kuboku” çempionatının təşkilatçıları MFL şirkəti və “Sport Marketing Group” - SMG şirkətidir. Çempionatın əsas tərəfdaşı AFFA-dır. Oyunlara ev sahibliyini isə “Sportster” Kompleksi edir.

Nəzərinizə çatdıraq ki, ikinci “MFL  Kuboku” başa çatdıqdan sonra tamhəcmli turnir başlayacaq ki, bu liqada həvəskar futbolçular 1 il  ərzində ən güclü mini futbol komandası adı uğrunda mübarizə aparacaqlar.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31