28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Jayro Rodriges: “Qarabağ”ın güclü olduğunu qəbul etmək lazımdır” (MÜSAHİBƏ)

“Neftçi”nin müdafiəçisi Jayro Rodriges Topaz Premyer Liqasının III turunda “Qarabağ”a 0:3 hesabı ilə uduzduqlar oyundan sonra Futbolxeber.az saytına müsahibə verib.

- “Qarabağ”a 0:3 hesablı məğlubiyyəti necə şərh edə bilərsən?

- Oyun çox çətin idi. Belə olacağını əvvəldən də bilirdik. “Qarabağ”ın güclü olduğunu qəbul etmək lazımdır. Məğlubiyyət barədə nə deyə bilərəm? Çalışacağıq növbəti oyunlarda daha yaxşı çıxış edəcək.

- Avtoqol müəllifi olmaqla sən də “Qarabağ”ın qələbəsində pay sahibi oldun...

- İstəyərək avtoqol müəllifi olmadım. Top dayandığım mövqeyə gəldi və mənə dəyərək qapıdan keçdi. Buna görə azarkeşlərdən, komandamdan üzr istəyirəm. Söz verirəm ki, gələn oyunlarda daha yaxşı çıxış edəcəyik.

- Belə oyunla “Neftçi” cari mövsümdə nəyə ümid edir?

- Biz də istəmirik belə olsun. Məqsədimiz yaxşı oynayıb, sərfəli nəticə qazanmaqdır. Çempionat təzə başlayıb. Zamanla vəziyyətimizin yaxşı olacağına inanıram.

- “Neftçi”ni bu vəziyyətdən nə çıxara bilər?

- Komandamızın baş məşqçisi var. Bu suala o scavab verə bilər. Biz futbolçuyuq və nə tapşırılırsa, onu da edirik. İşimiz meydanda çalışmaqdı.

- Yeni transferlər hələ ki “Neftçi”yə fayda vermirlər. Onların oyunundan razısan?

- Hansısa oyunçunu fərqləndirmək istəməzdim. Fərqi yoxdur, kim komandaya yeni gəlib, kim 5 ildir burada çıxış edir. Udanda da, uduzanda bunu komanda şəklində edirik. Yeni gələnlər komandaya tam uyğunlaşmayıblar. Adaptasiya üçün zaman ehtiyac var.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31