28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Fariz Nəcəfov: “3:1 hesabını gözləmirdim” (MÜSAHİBƏ)

“Qəbələ”nin vitse-prezidenti  Fariz Nəcəfovunn Futbolxeber.az saytına müsahibəsi

- “Qəbələ” “Maribor”a qalib gəldi. 3:1 hesablı qələbəni necə şərh edərdiniz?

- Gözlədiyimiz kimi, oyun çox maraqlı keçdi. “Maribor” güclü rəqibdir, buna da şahid olduq. Meydanda gərgin mübarizə getdi. Yekunda qələbə qazandıq ki, buna görə çox sevinirik. Amma arxayınlaşmaq olmaz. Cütüna qalibi Sloveniyada bilinəcək.

- Rəqib hesabı açdıqdan sonra bir anlıq hər şeyinn bitdiyini düşündünüz?

- Yox, rəqib qol vursa da, narahat olmadım. Çünki “Qəbələ”nin oyunu artıq formalaşıb. Komanda istənilən hesabda öz oyun üslubundan əl çəkmir. 3:1 hesabını gözləmirdim. Amma bilirdim ki, qol vuracağıq.

- Cavab qarşılaşması öncəsi şansları necə dəyərləndirirsiz?

- Faiz nisbəti ilə deyə bilmərəm. Amma 1-ci hissəinin sonu və ikinci hissədəki oyun gələcəyə ümidlə baxmağa imkan verir.

- Yeni hücumçu transferi hələ də reallaşmayıb. Keçidin baş tutmasına nə mane olur?

- Hücumçu axtarışlarımız davam edir. Bu, hazırda ən yaralı yerimizdi. 1 hücumçu ilə danışmışdıq. Hətta adını UEFA-ya göndərdiyimiz iştirak ərizəsinə daxil etməyə də hazırlaşırdıq ki, son anda razılıq əldə olunmadı. Amma yenə də axtarışlarımız davam edir. Həmin hücumçu əlcəzairli idi.

- Komanda qrup mərhələsinə düşsə, rəhbərlik 1 deyil, 2 transfer reallaşdırılması üçün kisənin ağzını aça bilər?

- İnanmiram. Amma mümkündür ki, hücumçudan başqa, daha bir oyunçu da heyətə qataq. Onu da deyim ki, bu məsələ barədə hələ ki klub prezidenti ilə danışığımız olmayıb.

- Məhdud büdcə və məhdud heyət. Bu nəticəni fantastik saymaq olar?

- Bu suala qıraqdan baxanlar cavab versə, daha yaxşı olar.

- Ölkə çempionatının III turunda “Qəbələ”nin “Sumqayıt”la oyunu təxirə salındı. Müəyyən qədər narazılıqla qarşılanan bu qərara səbəb nə idi?

- Səfər necə yollanacağımız hələ müəyyənləşməmişdi. Çarter, yoxsa adi reyslə uçacağımız bilinmirdi. Çünki çartelə getməsəydik, səfərə 3 gün əvvəldən yollanmalı idi. Məhz bu səbəbi nəzərə aldıq. Həm də riskə getmək istəmədik. Bilirsiniz ki, bu gün “Qəbələ”nin heyəti geniş deyil. Sloveniyada baş tutacaq görüş isə Azərbaycan futbolu üçün böyük əhəmiyyət kəsb edir.

- İlk dəfə Avroliqa oyununu “Dalğa Arena”da keçirdiniz. Əvvəlki oyunlarla müqayisədə fərq var idi?

- Bəli. İlk 2 turda da bu stadionda oynamışdıq. Hiss olunurdu ki, futbolçular mühitə uyğunlaşma prosesi üçün matçın əvvəlindəcə keçirdilər. 

- “Qəbələ” doğma meydana nə vaxt qayıdacaq?

- Millinin toplanışından sonra. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31