16 Aprel 2024, Çərşənbə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

Roman Qriqorçuk: “Futbolçularım sabah nə etməli olduqlarını bilirlər”

“Lill”lə oyundan xeyli vaxt keçib. Hər hansı eyforiyadan söhbət gedə bilməz. Bizim işə yanaşmamız fərqlidir. Hər zaman futbolçulara izah edirik ki, onlar yalnız inkişafı düşünməlidilər. Uğur qazanmaq da olar, uduzmaq da”. Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk deyib.

Sabah “Qırmızı-qaralar” Avroliqanın pley-off mərhələsinin ilk oyunu çərçivəsində Bakıda “Maribor”u qəbul edəcək. Qriqorçuk bu gün matçın keçiriləcəyi “Dalğa Arena”da oyunöncəsi mətbuat konfransı keçirib.

Ukraynalı mütəxəssis rəqib haqda bunları söyləyib: “Rəqibi hərtərəfli analiz etmişik. “Maribor” haqda kifayət qədər məlumatımız var. Futbolçular da nə etməli olduqları bilirlər”.

Qriqorçuk özü üçün sabahkı görüşdə meydana buraxacağı “11-liy”i müəyyənləşdridiyini bildirib: “Start heyətini özlüyümdə böyük ölçüdə müəyyənləşdirmişəm. Amma müxtəlif variantlar da var. Müəyyən dəyişikliklər də ola bilər. Həmişəki kimi yekun heyəti oyun günü açıqlayacağam”.

Roman Qriqorçuk “Lill”lə oyundan sonra Ukraynanın Azərbaycandakı səfirindən təbrik məktubu almasına da toxunub: “Ukraynanın Azərbaycankı səfiri mənə təbrik məktubu ünvanladı. Bu, çox xoş idi. Bununla fəxr edirəm. Hörmətli insanlara futbolla maraqlandıqları üçün minnətdaram. Futbolun inkişafı baxımından bu, müsbət haldı. Azərbaycanda özümü çox yaxşı hiss edirəm. Birgə çalışdığım insanlara da minnətdara. Hər birimiz futbolun inkişafı üçün çalışırıq”.  

Qriqorçuk “Maribor”un güclü rəqib olduğunu qeyd edib: “Rəqibləri gücünə görə müqayisə etmək istəmirəm. Çünki bu, çox çətin olar. “Maribor” oyun tərzinə görə fərqlənir. Komandanın oyununda məşqçi işi görünür. “Maribor” həqiqətən də güclü rəqibdir”.

“Qəbələ”nin çalışdırıcısı Rəşad Sadiqovun sabahkı görüşdə meydana çıxa bilməməsinə belə münasibət bildirib: “Heyətdə itkinin olması hər zaman çətindir. Rəşad komandamızda aparıcı fiqurdur. Yaşının çoxluğuna baxmayaraq, bu mövsüm o, oyununu xeyli yaxşılaşdırıb. Lakin şikayətlənə bilmərik, bundan problem yaratmaq fikrində deyilik”.    




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30