24 Aprel 2024, Çərşənbə
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

“Qarabağ”la oyunlara final gözü ilə baxırıq”

“Bizi çox ağır oyunlar gözləyir. Bu, mənim karyeramda  ən vacib qarşılaşmalar olacaq. Hamımız “Qarabağ”la oyunlara final gözü ilə baxırıq”. Futbolxeber.az saytının qol.az-a istinadən verdiyi məlumata görə, bu sözləri İsveçin  “Göteborq” klubunun futbolçusu Emil Salomonsson Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”la qarşılaşacaqları oyun haqda danışarkən deyib.

Yerli mətbuata açıqlama verən 27 yaşlı müdafiəçi Avropa Liqasının qrup mərhələsinə düşmək üçün yaxşı şanslarının olduğunu bildirib: “Qarabağ”la ounlar qrup mərhələsinə düşmək üçün dördüncü cəhdimiz olacaq. Əvvəlki illərdən fərqli olaraq bu dəfə “pley-off”a qədər gəlmişik. İndi daha təcrübəliyik və yol verdiyimiz səhvlərdən nəticə çıxarmışıq. Futbolda proqnoz vermək düzgün deyil. Ancaq onu deyə bilərəm ki, biz qrup mərhələsinə adlasaq, bütün şəhər camaatının gözündə qəhrəman olacağıq. Bunun üçün isə iki uğurlu oyun kifayətdir”.

İsveç millisində 6 oyun keçirən və 1 qol vuran Salomonsson “Qarabağ” haqda da danışıb: “Rəqib olduqca təcrübəli komandadır. Onların komplektləşmiş heyəti var.  Təbii ki, pley-off mərhələsində bu cür güclü rəqiblə qarşılaşmalı olursan”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30