16 Aprel 2024, Çərşənbə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

Kamran Şahsuvarlı: "Olimpiya çempionluğu üçün vuruşacağam"

“Alimxanulı ilə Qazaxıstanda yaşadığım vaxt gənclər arasında dünya çempionatında qarşılaşmış və uduzmuşdum. Bu görüşdə həmin məğlubiyyətin əvəzini çıxdım, bütün Azərbaycan xalqını, valideynlərimi sevindirdim”. Futbolxeber.az saytının “Report”a istindən verdiyi məlumata görə, bunu Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədovaya açıqlamasında Azərbaycan boksçusu Kamran Şahsuvarlı 75 kq. çəki dərəcəsində 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının bürünc medalını təmin etdiyi 1/4 final görüşündən sonra deyib.

Gənc idmançı bildirib ki, qazaxıstanlı rəqibi Janıbek Alimxanulı ilə döyüşə çıxmamışdan öncə çox həyəcanlı olub:

"Məni o qədər fikir götürmüşdü ki, onunla necə vuruşacağımı bilmirdim. Amma ilk raundda rəqibi əks-hücumlarda yaxaladım. 3 zərbə endirməli idim. Bunun öhdəsindən gəlməyə çalışdım. Alimxanulı ilə Qazaxıstanda yaşadığım vaxt gənclər arasında dünya çempionatında qarşılaşmış və uduzmuşdum. Bu görüşdə həmin məğlubiyyətin əvəzini çıxdım, bütün Azərbaycan xalqını, valideynlərimi sevindirdim".

Yarımfinaladək irəliləməsindən məmnun olduğunu deyən Şahsuvarlı bildirib ki, olimpiya çempionluğu qazanmaq hər bir insanın arzusudur. Bu səbəbdən, gənc idmançı Rio-de-Janeyro rinqində sonadək vuruşacağını açıqlayıb:

"Qazaxıstanlı boksçu ilə döyüşün qalibinin olimpiya çempionu olacağına dair fikirlərə münasibət bildirməyim çətin olar. Lakin özümə inam var".

Sonda Şahsuvarlı təmsil etdiyi "Qəbələ" klubuna, orada çalışan 3 məşqçisinə minnətdarlığını bildirib.

Qeyd edək ki, Kamran Şahsuvarlı yarımfinalda kubalı Arlen Lopeslə qarşılaşacaq. Avqustun 18-də keçiriləcək görüş saat 22:00-da başlanacaq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30