29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“Qarabağ”a uduzmaq istəmirdik”

“Qarabağ”la oyunumuz çətin keçdi. Belə olacağını onsuz da bilirdik. İlk turda qələbə qazanmışdıq. Məqsədimiz uğurlu seriyanı davam etdirmək idi”. Futbolxeber.az saytına müsahibəsində bu sözləri “Sumqayıt”ın qapıçısı Fərhad Vəliyev deyib.

Təcrübəli qapıçı Topaz Premyer Liqasının ikinci turunda “Qarabağ”a 0:2 hesabı ilə uduzduqları oyun barədə bunları söyləyib: “Evdə “Qarabağ”a uduzmaq istəmirdik. Əlimizdən gələni etsək də, istəyimizə çata bilmədik. Çalışacağıq ki, növbəti oyunlarda daha yaxşı nəticə qazanaq. “Qarabağ”a da Avroliqada uğurlar arzulayıram”.

Fərhad Vəliyev sona qədər komandanı dəstəkləyən azarkeşlərə minnətdarlıq etməyi də unutmayıb: “Azarkeşlər sona qədər bizə dəstək oldular. Stadionda anşlaq idi. Verdikləri dəstəyə görə fanatlara minnətdaram”.

Hazırda “Sumqayıt”ın 1 nömrəsi olan qolkiper millimizin əsasən qapıçısı Kamran Ağayevin komandaya qoşulmasına belə münasibət bildirib: “Kamranın gəlişi ilə komandada rəqabət artacaq. İnanıram ki, o da komandaya fayda verəcək. Rəqabət hər kəsin xeyrinədir. Hamımızın məqsədi “Sumqayıt”ın uğur qazanmasıdır”. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31