29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Araz Abdullayev: “Taktiki baxımdan çox çalışsaq, daha yaxşı olar” (MÜSAHİBƏ)

“Neftçi”nin kapitanı Araz Abdullayev “Zirə” ilə oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Futbolxeber.az saytının əməkdaşının da iştirak etdiyi müsahibəni təqdim edirik:

- 0:1 hesablı məğlubiyyəti necə şərh edərdin?

- Məğlubiyyətə görə çox məyusam. Uduzulası oyun deyildi.

- Matçın gedişində baş məşqçi Vəli Qasımov səni 2 fərqli mövqedə sınadı.

- Birinci hissədə məşqçi məni hücumda oynadırdı. Lakin fasilədə heyətdə dəyişiklik oldu və cinaha keçdim. Harada oluramsa olum, qol vurmağa çalışıram.

- Hücumda özünü narahat hiss etmirsən ki?

- Əsas odur ki, komandaya kömək edim, qol vurum. Matçın gedişində qol vurmaq üçün şanslar da oldu. Amma fərqlənə bilmədik. Halbuki bütün komponentlərdə rəqibdən üstün idik.

- Əvəzlənməyin sənin üçün gözlənilməz olmadı?

- Bu, məşqçinin qərarıdı. Heç bir problem yoxdu. Məqsədim ancaq komandaya xeyir verməkdi.

- Komandaya yeni qoşulan hücumçuların bugünkü çıxışını necə dəyərləndirərdin?

- Tira komandaya yeni qoşulub. Denilson isə bizimlə birgə cəmi 2-3 məşq edib. Hər ikisi komandada təzədi. Heyətə uyğunlaşmalıdırlar.

- “Neftçi” artıq ikinci turda ilk məğlubiyyətini aldı. Komandada problem nədədir?

- Məşqlərdə çox çalışırıq. Bu gün uduzduq. Futbolda hər şey olur. Biz əlimizdən gələni edirik. Məğlubiyyəti nə iləsə bağlamıram.

- Kapitan kimi azarkeşlərin komandanı boykot etməsi sənə necə təsir edir?

- Bu, çox üzücüdü. İstəyirəm ki, hər dəfə stadiona daha çox azarkeş gəlsin. Fanatlarımız yanımızda olsunlar. Biz də əlimizdən gələni edirik. Bu gün pis oynamadıq. Elə bir qol buraxdıq ki...

- “Neftçi” bu gün “Zirə”nin müdafiəsini yara bilmədi...

- Məncə, taktiki baxımdan çox çalışsaq, daha yaxşı olar.

- Son 5-6 ayda adın xarici klublarla yanaşı çəkilsə də, hər hansı real addım atılmadı. Ümumiyyətlə, “Antalyaspor” və ya hansısa digər klubdan təklif almışdın?

- Nəsə olsaydı, dəvətnamə göndərdilər. Yalandan deməyin mənası yoxdu. Heç bir klubdan rəsmi təklif gəlməyib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31