25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

“Neftçi” azarkeşlərinin boykotu davam edir

Topaz Premyer Liqasının II turu çərçivəsində keçirilən “Neftçi” - “Zirə” oyununa maraq olduqca azdı. Futbolxeber.az saytının məlumatına görə, qarşılaşmanın oynanıldığı “Əlincə” stadionunun tribunaları boşdu.

Ancaq bunun səbəbi heç də görüşün Masazır qəsəbəsindəki arenaya təyin olunması deyil. Belə ki, “ağ-qaralar”ın fan-klubları komandanın son dövrlərdəki uğursuz nəticələrinə etiraz əlaməti olaraq, oyunu boykot ediblər.

Hazırda “Əlincə” stadionunda futbolçuların həyat yoldaşları və övladlarını da nəzərə alsaq, təxminən 100-150 azarkeş var. Stadionda hər komandanı təxminən 15-20 nəfərlik kiçik azarkeş qrupu şüarlarla dəstəkləyir.

Qeyd edək ki, I turda AZAL-la keçirilən görüşdə də “Neftçi”nin sadiq azarkeşlərinin böyük qismi matça gəlməmişdi. Həmin matça gəlmiş azsaylı “Neftçi” azarkeşləri isə birinci hissədən sonra stadionu tərk etmişdilər (apasport.az).




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30