29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Dabo: "Bu, "Qəbələ" azarkeşlərinin sevgilərini göstərir"

"Çox yaxşı tədbirdir. Məndə ən xoş təəssüratlar yaratdı. "Qəbələ"də yeni olmağıma baxmayaraq, məni görməyə çox adam gəlib. Bu, eyni zamanda komanda yoldaşlarım Teo Uikslə Rəşad Sadiqova da aiddir". Futbolxeber.az saytının məlumatına görə, bu fikirləri sportnet.az-a açıqlamasında "Qəbələ"nin fransalı hücumçusu Baqali Dabo deyib. 
 
Dünən "qırmızı-qaralar"ın məşqçi heyəti və futbolçuları "Gənclik Mall”da yerləşən "Go Sport” mağazasında "Gabala Korner"in təqdimatında iştirak ediblər.
Dabo Uks və Sadiqovla birgə azarkeşlərlə maraqlı müsabiqələrdə - "Play Station” turniri və masaüstü futbol yarışında iştirak edib, xatirə çəkli çəkdirib: "Bu, onu göstərir ki, azarkeşlər həmişə "Qəbələ"nin oyunlarını izləyir. Bu gün onlarla birgə olduq, maraqlı müsabiqələrdə iştirak etdik. Onların bizimlə çoxlu şəkil çəkdirmələri də sevgilərini göstərir".
 
Dabo Avropa Liqasının pley-off mərhələsində Sloveniyanın "Maribor" klubu ilə qarşıdakı sınaqla bağlı fikirlərini bölüşüb. Onun fikrincə, bu cütdə şanslar bərabərdir: "Hər iki oyunda komandaların qələbə şanslarını eyni dəyərləndirirəm. Gərgin mübarizə gedəcək. Kim meydanda daha çox mübarizə aparsa, o da qalib gələrək qrupa düşəcək".
 
Yay fasiləsində "Qəbələ"yə keçən 28 yaşlı legioner Avropa Liqasında məhsuldar ötürmə sayının çoxluğu ilə UEFA-nın da diqqətini çəksə də, bu turnirdə qol hesabını aça bilməyib. O, komandada yeganə qolunu Premyer Liqanın ilk turunda "Kəpəz"ə vurub.
Maraqlıdır, azarkeşlər Dabodan "Maribor"la oyunlarda qol gözləsinlərmi? "Mənim üçün vacib olan qalib gəlməyimizdir. Qol vurmasam da olar. Məhsuldar ötürmə verməyə də bilərəm, əsas məsələ qələbə qazanmağımızdır. Əlbəttə, qol vursaydım, bu, çox yaxşı, ikiqat sevindirci olardı. Ancaq mənim üçün qol vurmağım yox, komandamın qalib gəlməsi önəmlidir". 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31