24 Aprel 2024, Çərşənbə
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”

Ölkə futbolu

Serjio Kosta: “Hazırda “Kəpəz”in problemi qol vura bilməməkdi” (MÜSAHİBƏ)

“Kəpəz”in braziliyalı yarımmüdafiəçisi Serjio Kosta AZAL-la görüşdən sonra Futbolxeber.az saytına müsahibə verib.

- AZAL-la oyunda qolsuz bərabərliyə nail oldunuz. “Kəpəz”in sərgilədiyi oyundan razı qaldın?

- Yaxşı oynadığmızı düşünürəm. Qol vurmaq üçün şanslarımız oldu. Lakin onları dəyərləndirə bilmədik. Düşünürəm ki, hazırda bizim problemimiz qol vura bilməməkdi. Növbəti oyunda bu uğursuzluğa son qoyacağıq.

- Havanın isti olması çıxışınıza nə dərəcədə təsir etdi?

- Çox isti idi. İlk dəfə idi ki, belə havada oynayırdım. Nə qədər çətin olsa da, meydana çıxıb mübarizə aparmalıyıq.

- 0:0 hesabını oyunun ədalətli nəticəsi saymaq olar?

- Evdə oynayırdıq. Buna görə də qələbə qazanmaq istəyirdik. Bu nəticə nə pisdi, nə də yaxşı.

- Mübahisəyə səbəb olan epizodda penalti olduğunu düşünürsən?

- Məncə penalti idi. Meydan idim və gördüyümə əsasən belə deyirəm. Lakin indi nəyisə dəyişə bilmərik.

- Amma AZAL-ın qapıçısı Aqil Məmmədov hakimin düzgün qərar qəbul etdiyini, həmin epizodda penalti olmadığını bildirib...

- Bu haqda heç nə deyə bilmərəm. Öz fikrimi dedim. Mənə elə gəlir ki, həmin epizodda penalti var idi. Daha dəqiq fikir yürütmək üçün epizodun təkrarına baxmaq lazımdır.

- 2 oyun və 1 xal. Startı “Kəpəz” üçün uğursuz saymaq mümkündü?

- llk turda uduzduq. Amma “Qəbələ” güclü rəqibdir. Həmin oyunumuz çox çətin keçmişdi. Bu gün qələbə qazanmaq istəyirdik. Lakin alınmadı. Çalışacağıq ki, növbəti turda qələbə qazanaq.

- Lakin bu, elə də asan olmayacaq. Çünki III turda qarşılaşacağınız “İnter” ilk 2 turda “Qarabağ” və “Qəbələ” ilə oyunlarda 4 xal toplayıb.

- Razıyam, səfərə “İnter”ə qalib gəlmək asan olmayacaq Onlar mövsümə yaxşı başlayıblar. Ancaq bu məqam bizi qorxutmur. Yaxşı oyunçularımız var. Zəif komanda deyilik. Əlimizdən gələni edəcəyik ki, qalib gələk.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30