8 Noyabr 2025, Şənbə
Sxadadze azarkeşlərdən üzr istədi
Saşa İliç qələbəni şərh etdi
Millimiz Özbəkistaba məğlub oldu
Kadi uzun müddətə sıradan çıxdı

Ölkə futbolu

“Qəbələ” “Maribor”la oyunun hazırlığına start verdi

“Qəbələ” UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyununun hazırlığına start verib. Futbolxeber.az saytının məlumatına görə, avqustun 18-də Sloveniyanın “Maribor” klubunu qəbul edəcək “qırmızı-qaralar” Bakıda məşq keçib. Topaz Premyer Liqasının II turunun ayın 12-də “İnter”lə keçirilən qarşılaşmasından (0:0) sonra hazırlıqlara ara verməyən komanda günün ikinci yarısında məşqə çıxıb. Hazırlıq prosesinə yalnız “İnter”lə görüşdə meydana çıxmayanlar qatılıb. Onlar hazırlıq prosesində toplu çalışmalarla məşq edib. Son matçın iştirakçılarına isə bir günlük istirahət verilib.

“Qəbələ” növbəti məşqini sabah keçirəcək. Paytaxtdakı hazırlıqda futbolçular iki qrupa bölünəcək. “İnter”ə qarşı oynamayanlar yenə yaşıl meydanda məşq edəcək, digərləri bərpaedici hazırlıq keçəcək.

Xatırladaq ki, avqustun 18-də keçiriləcək “Qəbələ” - “Maribor” oyunu “Dalğa Arena”da baş tutacaq. Oyun saat 21:00-da başlayacaq.


gabalafc.az






Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30