29 Mart 2024, Cümə
XXXI və XXXII turun oyun cədvəlləri
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə

Ölkə futbolu

Ruslan Əmircanov: “Kim qol vursaydı...”

“İlk turda “Neftçi”yə heç nədən uduzmuşduq. Həmin görüşdə bəxtimiz gətirməmişdi. Ona görə də “Kəpəz”lə oyunda uğurlu nəticə qazanmaq istəyirdik”. Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Kəpəz”lə oyundan sonra AZAL-ın üzvü Ruslan Əmircanov deyib.

Əmircanov Topaz Premyer Liqasının ikinci turunda “Kəpəz”lə qolsuz bərabərliyə nail olduqları qarşılaşma haqda bunları söyləyib: “Matça çox ciddi hazırlaşmışdıq. Havanın isti olacağını da bilirdik. Çünki oyunun 5-də başlaması işimizi çətinləşdirirdi. Amma bizim kimi rəqib də eyni hava şəraitində mübarizə aparırdı. Qarşılaşma ərzində çox çalışdıq ki qol vuaq. Elə oyun idi ki, kim qol vursaydı, həmin komandada da qalib gələcəkdi”.

AZAL-ın üzvü qələbə qazana bilməmərinin səbəbini belə izah edib: “Biz Gəncəyə qələbə üçün gəlmişdik. Amma “Kəpəz” də zəif deyil. Bu komandanı asanlıqla udmaq mümkün deyil. Oyundan 3 xalla da ayrıla bilərdik. Lakin sonluğu qoymağı bacarmadıq. Müdafiədən yaxşı qoşulurduq. Sonradan meyanda daxil olan futbolçular oyunda canlanma yaratdıar. Ona görə də ikinci hissədə oyunumuz daha yaxşı alındı. Rəqibin çox təhlükəli epizodu olmadı. Müdafiədə düzgün oynadıq. Oyunun ədalətli nəticəsi elə heç-heçə idi”. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31