25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

“Avroliqadan sonra ölkə çempionatına köklənmək motivasiya baxımından çətindir”

“Birinci hissədə meydanda futbol yox idi. Meydanda nəinki qaçmaq, ümumiyyətlə dayanmaq belə problem idi”. Futbolxeber.az saytının məlumatına görə, bu sözləri AZAL-la oyundan sonra “Kəpəz”in baş məşqçisi Şahin Diniyev deyib.

Təcrübəli mütəxəssis qolsuz tamamlanan qarşılaşmanı belə şərh edib: “Avroliqadan sonra ölkə çempionatına köklənmək motivasiya baxımından çətindir. Üstəlik, qol epizodlarından istifadə edə bilmirik. Futbolçularıma 40 dərəcəlik istidə göstərikləri əzmkarlığa görə minnətdarlığımı bildirirəm. Hesab edirəm ki, cəmi 45 dəqiqə futbol izlədik. Daha bir hissə oynasaydıq, yaxşı olardı. AZAL-ı da təbrik edirəm. Qarşılarına xal götürmək vəzifəsi qoyulmuşdu. Müdafiə olunmaqla bunun öhdəsindən gəldilər”.

Diniyev hakimlərin işinə qiymət vermək istəməyib: “Bu barədə danışmaq istəmirəm. Yaxşı futbol oynamamağımıza səbəb hava şəraitidir”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30