23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

“Neftçi”nin daha bir rəqibi məlum oldu

2012-2013-cü il mövsümünü “qızıl dubl”la başa vurmuş “Neftçi” futbol komandasının Avstriyadakı təlim-məşq toplantısı müddətində daha bir rəqibi müəyyənləşib. Lent.az-ın məlumatına görə, “ağ-qaralar” Rumıniya təmsilçisi “Vasluy”la üz-üzə gələcəklər.
 
“Sarı-yaşıllar”ın rəsmi saytı oyunun iyulun 10-da keçiriləcəyini yazıb. Daha öncə “Neftçi”nin iyunun 24-də Çexiyanın “Slaviya” komandası ilə qarşılaşacağı dəqiqləşib. Avstriya toplanışı müddətində “ağ-qaralar”ın Rusiya “Volqa”sı ilə də görüşəcəyinə dair xəbərlər yayılsa da, hələlik heç bir klubun rəsmi saytında belə bir məlumat yoxdur.
 
Qeyd edək ki, Azərbaycan çempionluğu və kubokunu qazanan “Neftçi”dən fərqli olaraq, “Vasluy” ötən mövsüm Rumıniya çempionatını 58 xalla 5-ci pillədə başa vurub. Bu komandalar 2008-2009-cu il mövsümündə UEFA İntertoto Kubokunun III mərhələsində üz-üzə gəliblər. Bakıdakı görüşdə flaqman 2:1 hesabı ilə qalib gəlsə də, cavab görüşündə uduzub – 0:2. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30