20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

"Simurq" yeni mövsümün hazırlıqlarına başladı

"Simurq" 2013/14-cü il mövsümünün hazırlıqlarına start verib. Futbolxeber.a-zın məlumatına görə, Bakı şəhərərində bir araya gələn komanda təlim-məşq toplanışının birinci mərhələsini Mərdəkanda davam etdirir. "Karvan Palace" otelində məskunlaşan "sarı-qaralar" tibbi müayinədən keçdikdən sonra gündə iki dəfə olmaqla məşqlərə çıxır. Səhər hazırlığı əsasən fiziki gücün artırılması üçün tapşırıqlardan ibarət olur. Futbolçular fiziki hazırlıq üzrə məşqçi Aleksandr Karakliçin rəhbərliyi altında Xəzər dənizinin sahilində məşq edir.

Axşam hazırlığı isə "Dalğa Arena"nın köməkçi stadionunda keçirilir. Yüngül qaçış və isinmə hərəkətlərindən sonra baş məşqçi Georgi Çixradzenin tapşırıqları əsasında taktiki və texniki məşqlər edilir. Sonda isə ikitərfli oyunla hazırlıqlar tamamlanır.

Qeyd edək ki, "Simurq"un Bakı toplanışı ayın 21-nə qədər davam edəcək. Komanda iki günlük istirahətdən sonra iyunun 23-də təlim-məşq toplanışının ikinci mərhələsi üçün Türkiyəyə yola düşəcək.  




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30