25 Aprel 2024, Cümə axşamı
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu

Ölkə futbolu

Muarem Muarem: “Qarabağ” məğlubiyyətə öyrəşməyib”

“İlk turda uduzduğumuz üçün “Sumqayıt”la görüşdə qələbə qazanmaq istəyirdik.. Futbolxeber.az saytına müsahibəsində bu sözləri “Qarabağ”ın yarımmüdafiəçisi Muarem Muarem deyib.

Makedoniyalı futbolçu Topaz Premyer Liqasının ikinci turunda “Sumqayıt”ı 2:0 hesabı ilə məğlub etdikləri görüşü belə şərh edib: “İlk yarıda da şanslarımız oldu, amma onları dəyərləndirə bilmədik. Buna görə də fasiləyə qolsuz yollandıq. Lakin ikinci hissədə daha inamlı çıxış etdik və laaım olan qolları vurmaqla qələbə qazandıq. Təbii ki, paltardəyişmə otağında Qurban Qurbanov lazımi göstərişlərini verdi”.

Matçda hesabı açmaqla komandasının qələbəsində pay sahibi olan Muarem, zamanla əvvəlki formasını bərpa etdiyini vurğulayıb: “Yavaş-yavaş oyunum düzəlir. Bunda komanda yoldaşlarımı da rolu var”.

Muarem Avroliqanın pley-off mərhələsində qarşılaşacaqları “Göteborq”dan da söz açıb: “Rəqib məşqçinin bugünkü oyunu izləməsindən xəbərim var. Amma biz rəqibə görə taktikamızı dəyişmirik. Təbii ki, “Göteborq” yaxşı komandadır. Rəqibin oyununu kollektiv şəkildə izləməmişik. Əsas odur ki, qarşıdakı matça yaxşı hazırlaşıb, Bakıya səfrəli nəticə ilə qayıtmağa çalışacağıq”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30