29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“Göteborq”un məşqçisi: “Bizi “Qarabağ”la çox çətin oyunlar gözləyir”

“Göteborq”un məşqçisi Alf Vesterberq Futbolxeber.az saytına müsahibə verib.

- Avroliqanın pley-off mərhələsində rəqibiniz olan “Qarabağ”ın bu gün “Sumqayıt”a qarşı oyununu canlı olaraq stadiondan izlədiniz. Görüşlə bağlı nə deyə bilərsiz?

- “Qarabağ” rəqibdən daha yaxşı təsir bağışladı. Onlar rəqibə qarşı yaxşı presinq tətbiq edirlər. Düşünürəm ki, “Qarabağ” bu gün gözəl oyunla qələbə qazandı.

- “Qarabağ”ı “Göteborq” üçün güclü rəqib saymaq mümkündür?
- “Qarabağ” çox təcrübəlidir. Komanda mütəmadi olaraq avrokuboklarda mübarizə aparır. Son 2 ildə Avroliqanın qrupunda oynayıb. Komandanın cari mövsüm Çempionlar Liqasındakı çıxışını izləmişik. Bizi olduqca çətin oyunlar gözləyir. “Qarabağ”ın yaxşı futbolçuları var.

- Ən çox hansı futbolçunun oyununu bəyəndiniz?

- Braziliyalı Riçard Almeydanı qeyd edərdim. Çox güclü futbolçu olduğu dərhal hiss olunur. Eləcə də Dani Kintananı vurğulamaq olar.

- Bakının istisi komandanızın işini çətinləşdirə bilər?

- Hava həqiqətən də çox istidi. Bu, işimizi çətinləşdirəcək. Amma meydana çıxıb, mübarizə aparmaq lazımdı.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31