29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“Qəbələ” “İnter”lə matçın hazırlığına start verdi

“Qəbələ” Topaz Premyer Liqasının II turunun “İnter”lə oyununun hazırlığına start verib. Futbolxeber.az saytının məlumatına görə, avqustun 8-də keçirilən “Kəpəz”lə I turun qarşılaşmasından (2:0) sonra məşqlərinə ara verməyən “qırmızı-qaralar” günün ikinci yarısında bir araya gəlib. Hazırlıq prosesində futbolçular iki qrupa bölünüb. Bir gün öncəki görüşdə iştirak edənlər bərpaedici hazırlıq keçibsə, digər oyunçular topla çalışıb. Komanda növbəti məşqini sabah keçirəcək.

“Qəbələ”nin “İnter”lə oyununun yeri və vaxtı da dəqiqləşib. Avqustun 12-də baş tutacaq qarşılaşmada meydan sahibi paytaxt klubu deyil, “qırmızı-qaralar” olacaq. Bu üzdən matç öncədən nəzərdə tutulduğu kimi “İnter Arena”da deyil, “Dalğa Arena”da baş tutacaq. Oyun saat 20:00-da başlayacaq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31