25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

“Qarabağ”a qarşı kişi kimi vuruşduq”

“İnter”in hücumçusu Pərdis Fərcad-Azadın Futbolxeber.az saytına müsahibəsi

- Topaz Premyer Liqasının ilk turunda “Qarabağ” üzərində 2:1 hesablı qələbə qazandınız. Qarşılaşma haqda nə deyə bilərsən?

- Oyun çətin alındı. Çox şadam ki, qələbə qazandıq. Meydanda sona qədər mübarizə apardıq. Komandamız çox yaxşı mübarizə apardı. Gözəl oyun göstərdiyimizi düşünürəm. Komanda yoldaşlarımı da təbrik edirəm. “Qarabağ” kimi güclü komanda üzərində qələbə qazandığımız üçün şadam. Mövsümə belə qələbə ilə start vermək çox xoşdur.

- Razısan ki, oyundan əvvəl favorit “Qarabağ” hesab olunurdu?

- Təbii ki. Çünki “Qarabağ” yaxşı komandadır. Onların hansı səviyyədə futbol göstərdiklərini hamı bilir. Biz də “Qarabağ”a qarşı kişi kimi vuruşduq. Gözəl qləbə qazandıq.

- Yəqin ki, “İnter” üçün bundan yaxşı başlanğıc ola bilməzdi.

- Həqiqətən də çox yaxşı start oldu. Bu qələbə digər oyunlar üçün əlavə motivasiyadı. Biz də zəif deyilik. Gücümüzə inanırıq. “İnter”in heyətində hər mövqedə güclü oyunçular var. İnanıram ki, bu qələbənin ardı gələcək.

- Necə düşünürsən, “İnter” “Qarabağ”ı nəyin hesabına üstələdi?

- Konkret nəyisə fəqləndirmək çətindi. Meydanda vuruşduq, yaxşı futbol sərgilədik. Komandamız qələbə üçün hər şeyi etdi.

- “İnter” qolları ikinci hissədə, sən meydana daxil olduqdan sonra vurdu...

- Çox şadam komandama faydalı oldum. İkinci qolu rəqib mənə qarşı kobud oynadıqdan sonra təyin edilən cərimə zərbəsindən sonra vurduq.

- Bu, növbəti oyunlarda start heyətində yer almana kömək ola bilər?

- Bunu zaman göstərəcək. Mən meydana çıxanda üzərimə düşəni edirəm. Komandama fayda verməyə çalışıram. Məşqlərimi edirəm, oyunlara hazırlaşıram, amma son qərar baş məşqçiyə məxsusdur.

- Növbəti turda “İnter”i daha bir çətin rəqib gözləyir. “Qəbələ”ni də məğlub etmək mümkün olacaq?

- Bizi qarşıda çətin oyun gözləyir. “Qəbələ” də iddialı kollektivdir. Həmin görüşə yaxşı hazırlaşmalıyıq. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30