25 May 2020, Bazar ertəsi
Dmitri Nazarovdan növbəti qol
Seydiyev “Qəbələ”dən gedir
Fəriddən 2 məhsuldar ötürmə
Kərimovdan rekord, Baukdan 3 top

Ölkə futbolu

Ruslan Abışov: “Vurduğum qolları atama həsr edirəm”

“Qarabağ”la oyunun çətin keçəcəyini bilirdik ki. Sözün açığı, ilk turda “Qarabağ”la qarşılaşmağı istəməzdik. Çünki birinci oyun həmişə çətin keçir”. Futbolxeber.az saytına açıqlamasında bu sözləri “İnter”in üzvü Ruslan Abışov deyib.

“Bankirlər”in heyətində bu gün rəsmi debüt edən Abışov vurduğu 2 qolla çempionatında ilk turunda komandasına qələbə qazandıq. Təcrübəli müdafiəçi “Qarabağ” üzərindəki 2:1 hesablı qələbəni belə şərh edib: “Oyunu əks-hücumlar üzərində qurmuşduq. Matçın əvvəlindı yaratdığımız qol epizodlarından yararlansaydıq, bəlkə də nəticə fərqli olar. Qapımızda erkən qol görsək də, sevinirəm ki qalib gəlməyi bacardıq”.

Komandasına qələbə qazandırsa da, Rusan Abışov özünü qəhrəman saymadığını qeyd edib: “Hər iki qolu mən vursam da, bundan hamının əziyyəti var. Ötürməni  verən, cəriməni qazanan futbolçuların əməyini danmaq olmaz”.

Ruslan vurduğu qolları atasına həsr etdiyini açıqlayıb: “2 gün öncə atamın 60 illik yubileyini qeyd etdik. Bu qolları da ona həsr edirəm. Yubiley üçün gözəl hədiyyə oldu”.

“İnter”in üzvü növbəti turda qarşılaşacaqları “Qəbələ” ilə matçdan da söz açıb: “Şübhəsiz ki, çətin oyun olacaq. Çempionata qələbə ilə start verdik. İndi bunun davamını gətirməyə çalışacağıq. “Qəbələ”də avrokuboklarda yaxşı çıxış edir. Hər iki təmsilçimizə avrokuboklarda uğurlar arzulayıram. Lakin çempionatda onlardan daha yaxşı oynamağa çalışacağıq”.

  




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2020
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31