19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

“Neftçi” rəhbərliyi mətbuatdan uzaq gəzdi: “...indi gəlirəm”

“Neftçi” Topaz Premyer Liqasının yeni mövsümünə AZAL üzərində 2:0 hesablı qələbə ilə başlayıb. Futbolxeber.az saytının məlumatına görə, uğurlu starta baxmayaraq, klub rəhbərliyi görüşdən sonra mətbuata yaxın durmayıb. “AZAL Arena”da qarşılaşmanı canlı izləyən klubun Müşahidə Şurasının sədri Çingiz Abdulayev 90 dəqiqənin sonunda ona yaxınlaşan jurnalistlərə "komandanı təbrik edib, gəlir” deyib. Amma geri qayıdarkən Abdullayev birbaşa avtomobilinə əyləşərək, stadionu tərk edib.

Klubun icraçı direktoru Elnur Məmmədov bunu Çingiz Abdullayevin tələsməsi ilə əlaqələndirib. Daha sonra “olmasın sədr, olsun icraçı direktor” deyib, Məmmədovla danışmaq istəsək də, Elnur bəyi də görən olmadı. Görünür, Çingiz Abdullayev kimi icraçı direktorun tələsdiyi yer var imiş...

İnanmıram, amma yenə də həyatı da, Çingiz Abdullayev bu yazılanları oxusa, “hansı klub prezidenti hər oyundan sonra danışır ki” sualını verə bilər. Amma Çingiz bəy, tələsən yeriniz var idisə, bunu əvvəldən də deyə bilərdiniz Həm də biz klub rəhbərlərinin uduzduqları oyundan sonra danışmamalarına öyrəşmişik. Bu gün axı “Neftçi” qalib gəlib. Siz yenə də komandanın ardıcıl 2 il kubokda finala çıxmasından, gəncləşdirmə siyasətindən ətraflı danışa bilərdiniz...




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30