19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Ramin Musayev: “Hakim dedi ki, qolun olmadığına 100 faiz əminəm”

Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Futbolxeber.az saytına müsahibə verib.

- Topaz Premyer Liqasında 2016/17 mövsümünün açılış oyununa canlı baxdız. AZAL - “Neftçi” görüşü barədə nə deyə bilərsiz?

- Oyun maraqlı keçdi. Çempionatın açılış matçı idi. Yeni mövsümün startı ilə bağlı futbolsevərləri, klubları təbrik edirəm. Keçənilki çempionatın sonu pis alınmadı. Bu gün 2 komandamız pley-offdadı. Onlara uğurlar arzulayıram. Məncə, bu il çempionat daha maraqlı alınacaq.

- 2 qırmızı vərəqə, 2 qol, hesaba alınmayan qol...Startın baş tutduğunu söyləmək mümkündür?

- Qırmızı vərəqələrə görə futbolçular sağ olsunlar. İlk turdan bizə xeyir verirlər (gülür).

- AZAL-ın hesaba alınmayan qolu ilə bağlı fikirləriniz necədir?

- Qolun olub-olmadığını demək indidən çətindir. Mütləq epizodun təkrarına baxmaq lazımdır.  

- Amma əksəriyyət qolun qaydalar çərçivəsində vurulduğunu bildirir və epizodun təkrarında da topun qapı xəttini keçməsi görünür.

- Biz öz kameralarımızla epizodun təkrarına baxacağıq. Bilirsiniz ki, PFL-in operatorları peşəkardılar. Epizoda baxdıqdan sonra dəqiq fikir bildirmək mümkündür.

- Hər halda, sizin fikrinizcə hakim düzgün qərar qəbul edib?

- Ola bilər qol olsun, ola bilər olmasın. Futbolda hər şey mümkündür. Matçdan sonra hakimlə görüşdüm. O, dedi ki qolun olmadığına 100 faiz əminəm. Qapı yanındakı hakim də onu bildirdi. Söylədilər ki, top yerə dəyəndə ağ toz qalxmadı.

- Bəs, oyunun keyfiyyəti sizi qane etdi?

- 1-ci oyun üçün razı qaldım. “Neftçi” ikinci hissədə gücünü göstərdi. Birinci hissədə “Nefti” zəif təsir bağışladı. Amma fasilədən sonra daha yaxş oynadılar. Belə alınacağını gözləyirdim. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30