20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

“Maribor”un çalışdırıcısı: “Qəbələ” Avropa futbolu göstərir”

“Qəbələ” barədə ətraflı heç nə bilmirik. Tezliklə rəqib barədə məlumat toplayacaq və oyunlarının video-kasetlərini izləyəcəyik”. Futbolxeber.az saytının məlumatına görə, bunu “Maribor”un baş məşqçisi Darko Milaniç deyib.

49 yaşlı çalışdırıcı yerli mətbuata açıqlamasında Avropa Liqasının pley-off mərhələsində rəqibləri olan “Qəbələ” barədə fikirlərini bildirib.

Milaniç iki eyni səviyyəli komandanın mübarizə aparacağını söyləyib: “İlkin təəssüratlarım belədi ki, çətin rəqiblə üzləşmişik. “Maribor”la “Qəbələ”, demək olar ki, bərabər gücdədi. “Qəbələ” hörmətə layiq komandadı. Çoxları bu cütlüklə bağlı fərqli proqnoz verə bilər. Amma nəzərə alaq ki, pley-off mərhələsində proqnozlar adətən doğru çıxmır”.

Bu ildən “Maribor”u çalışdıran Sloveniya yığmasının sabiq müdafiəçisi oyunlarının yerinin dəyişdirilməsinə də münasibət bildirib. O, bunun böyük əhəmiyyət kəsb etmədiyini düşünür: “UEFA ilk görüşün Bakıda keçirilməsini qərara alıb. Açığı, bizim üçün bunun heç bir fərqi yoxdu. İstənilən ssenariyə uyğun proqram tərtib etməyə hazırıq”.

Milaniç “Qəbələ”nin əsasən əcnəbi futbolçulardan təşkil olunmasına da xüsusi diqqət yetirib: “Bildiyim qədərilə “Qəbələ” Avropa futbolu göstərir. Yaxşı əcnəbi futbolçulara malik olan komandadı və rəhbərlik onların tələblərini qarşılaya bilir. III mərhələdə “Lill” klubu ilə görüşdə start heyətində cəmi 2 yerli oyunçuları yer alıb”.

Qeyd edək ki, “Qəbələ” ilə “Maribor” arasında ilk oyun avqustun 18-də Bakıda, cavab qarşılaşması isə 25-də səfərdə keçiriləcək.

Mənbə: apasport.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30