16 Aprel 2024, Çərşənbə axşamı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı
XXX turun hakim təyinatları

Ölkə futbolu

Qriqorçuk: “Lill” üzərindəki qələbə ilə fəxr edə bilərik”

UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Qəbələ” – “Lill” (Fransa) matçından (1:0) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı keçirilib. Futbolxeber.az saytının məlumatına görə, ukraynalı mütəxəssis görüşlə bağlı bunları deyib:

“Bu matç xüsusi, vacib oyun idi. Qələbəni Cavid Hüseynova həsr edirik. Bu qarşılaşma zamanı stadionda çox gözəl atmosfer hiss etdim. Arenaya gəlib bizə dəstək olan azarkeşləri sevindirmək istəyirdik. Belə qələbələr həyatın boyu yadda qalır. 20 il sonra qarşılaşanda da bu matçı yada salacağıq. Həqiqətən də, çox xoşbəxtəm. Həm klubun, həm ölkənin futbol imici yüksəldi. Bu, böyük futbolda atılmış növbəti addımdır. Bu, çox vacib və qiymətli qələbə idi. “Lill” üzərindəki qələbə ilə fəxr edə bilərik. Ayrı-ayrılıqda hər futbolçunun oyunu xoşuma gəldi. Xüsusilə taktiki planda həddindən artıq yaxşı oynadıq. Ölkə çempionatına gəlincə, mənim fikrimcə legioner limiti faydasızdır. Bunun yığmalara da xeyri yoxdur. Hər şey təbii olmalıdır. Kim güclüdürsə, o da oynamalıdır. Seçim təbii aparılmalıdır”.


gabalafc.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30