29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Tale Heydərov: “Bu gün futbolçular Cavid Hüseynov üçün oynayırdılar"

"Qəbələ”nin prezidenti “Lill”lə oyundan sonra Futbolxeber.az saytına müsahibə verib.

- “Qəbələ” “Lill”i Bakıda məğlub etməklə mərhələ adladı. Qarşılaşma haqda nə söyləyə bilərsiz?

- Görüş çox yaxşı alındı. Aydındır ki, "Lill" kimi komandanı üstələmək çox çətin idi. Mənim üçün və eləcə də hamı üçün çox həyəcanlı gün idi. Komandamız gözəl qələbə qazanmaqla mərhələ adladı.

- “Lill” cütün favoriti olsa da, “Qəbələ” hər iki görüşdə inamlı təsir bağışladı. Komandadan belə gözəl oyun gözləyirdiz?

- Səfərdəki 1:1 hesablı nəticə çox əlverişli idi. Lakin "Lill" də qələbəyə köklənmişdi. Mərhələni keçmək üçün əllərindən gələni etməli idilər. Ən güclü oyunçularını heyətə daxil etmişdilər. Amma bu gün "Qəbələ" ilə bacarmadılar.

- Növbəti mərhələ üçün yeni transfer gözləmək olar?

- Hazırda bir hücumçu axtarışındayıq. Ümid edirəm ki, onu yaxınlarda tapacağıq.

- Deyə bilərik ki, "Lill" kimi güclü komandanı keçən “Qəbələ” üçün artıq pley-offdakı rəqibin kimliyi önəm daşımayacaq. Çünki komandanız istənilən rəqibə qarşı oynaya bildiyini sübuta yetirdi.

- Xeyr, qətiyyən belə demək olmaz. Çünki pley-offda daha güclü rəqiblə qarşılaşa bilərik. Ona görə də qarşıdakı görüşlərə ciddi hazırlaşmalıyıq.

- Fransadan bugünü oyun üçün azarkeşlərə çağırış etmişdiniz. Fanatların dəstəyindən razı qaldınız?

- Fürsətdən istifadə edərək, ilk növbədə jurnalistlərə təşəkkür edirəm ki, böyük iş gördülər. Azarkeşləri stadiona dəvət etdiniz. Hər həs birlik göstərdi. Həqiqətən də bu gün 12-ci oyunçu bizim azarkeşlər idi. Onlara da təşəkkür edirəm.

- Avroliqada inamlı təsir bağışlayan “Qəbələ” çempionatda bu mövsüm "Qarabağ"ın hegemonluğuna son qoya bilər?

- Hazırkı heyətimiz ötənilkindən güclüdür. Çempionatda ötənilkindən daha yaxşı nəticə göstərməyə borcludurlar. "Qarabağ" çox güclü rəqibdir. Çətin olacaq. Amma əlimizdən gələni edəcəyik ki, çempion olaq.

- Amma nəzərə almaq lazımdır ki, çempionatda legioner limiti “Qəbələ”yə çətinlik yaradacaq...

- Bəli, bu, bizim çox böyük problemdir. Azərbaycan futbolunda yerli futbolçuların kifayət qədər olmaması çatışmazlıqdır. Çalışacağıq ki, öz yerli oyunçularımıza güvənək. 

- Hələ Lilldə qələbəni Cavid Hüseynova həsr edəcəyinizi demişdiniz. Bugünkü nəticədə həmin açıqlamanın nə dərəcədə rolu oldu?

- Əlbəttə, bunu ilk oyunda da qeyd etmişdik. Bayaq futbolçularla görüşəndə onlara da minnətdarlığımı bildirdim. Bu gün futbolçular özləri üçün nə qədər oynayırdılarsa, bir o qədər də Cavid üçün oynayırdılar




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31