25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

"İnter"dən ayrılan futbolçu: "Əvvəllər həyata baxışım fərqli idi"

Ötən həftə “İnter” yarımmüdafiəçisi Aleksandr Qross ilə vidalaşdı. Futbolxeber.az-ın məlumatına görə, klub və oyunçu arasında 2014-cü ilədək müqavilə qüvvədə idi, lakin qarşılıqlı razılığa əsasən razılışmaya son qoyuldu. Futbolçu transfer vərəqəsini klubdan aldıqdan sonra “İnter”dən ayrılmağı barədə fikirlərini klubun saytına açıqlayıb: "İnter"ə minnətdarlığımı bildirmək istəyirəm. Bu klubda 4 il keçirdim. Kluba gələndə 14 yaşım vardı. İndi mənim 20 yaşım var və “İnter”də keçirdiyim bu 4 il ərzində yaddaşımda ancaq yaxşılıq qaldı. Həmin yeniyetmə yaşımda yaxşı məşqçinin rəhbərliyi altında oynamaq çox vacib idi və mənə bu nəsib oldu. “İnter”in əsas komandasının bütün məşqçilərinə, xüsusilə də Kaxaber Tsxadadzeyə minnətdarlığımı bildirmək istəyirəm. Təqribən 3 il onun rəhbərliyi altında meydançaya çıxdım və ötən müddət ərzində ondan istər futbol planında, istərsə həyat planında çox şey öyrəndim. “İnter” taktiki və fiziki hazırlıq səviyyəsinə görə, meydançada nizam-intizama və müdafiədə oyuna görə həmişə fərqlənir. Bu məşqçinin rəhbərliyi altında və təcrübəli oyunçuların yanında qazandığım keyfiyyətləri karyeramda mütləq mənə lazım olacaq. Etiraf edim ki, əvvəllər həyata baxışlarım fərqli idi. Malik olduğumu o qədər qiymətləndirmirdim. İndisə çox şey dəyişdi, çox şeyi anladım. “İnter”in rəhbərliyinə və ayrıca prezident Georgi Nikolova minnətdarlığımı bildirmək istəyirəm. Bu insanlar məni həmişə dəstəklədilər. Əlbəttə mənim üçün “İnter” futbol klubundan da artıqdır. İndi mənə oynamaq lazımdır, U-21 komandasında yerimi qaytarmaq lazımdır, irəliyə addımlamaq vacibdir. Bəzi təkliflər var və ümid edirəm ki, məndə alınacaq. Bir daha “İnter”ə uğurlar arzulayıram”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30