20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

“Qarabağ”ı gözləyən nəhənglər: “Şaxtyor”, “Olimpiakos” və “Anderlext”

Avropa Liqasının pley-off mərhələsinin 44 iştirakçısından 16-sı bəllidi. Futbolxeber.az saytının məlumatına görə, Çempionlar Liqasının III təsnifat mərhələsində uduzan 15 komanda və Avropa Liqasının eyni raundunun ilk qalibi bu “16-lığ”ı təşkil edir.

Azərbaycan çempionu “Qarabağ” da bu 16 komanda arasındadı. Qitənin ən nüfuzlu klub turnirində sensasiyaların qeydə alınması bəzi Avropa nəhənglərini daha aşağı reytinqli turnirə göndərib.

Nəticədə “Şaxtyor”, “Olimpiakos” və “Anderlext” Avropa Liqasında pley-offun ən yüksək reytinqliləri olub. Əvvəldən bu turnirdə çıxış edənlər arasında isə ən yaxşı “Alkmaar”dı kı, hollandiyalılar pley-offa çıxsa, yalnız 4-cü olacaq.

“Qarabağ” bu 16 komanda arasında 9-cu əmsala malikdi. Son 28 vəsiqənin sahibi bu gün bilinəcək ki, “Qəbələ” də Fransa “Lill”ini keçsə. Bu siyahıya düşəcək.

Əgər bütün cütlərdə daha yuxarı reytinqlilər qalib gəlsə, “Qarabağ” səpələnməmişlərdən olacaq. Bu isə təmsilçimizə güclü rəqiblər vəd edir. İndiki durumda potensial rəqiblərimiz sırasında üç nəhənglə yanaşı, BATE, PAOK, “Fənərbaxça”, “Sparta” və “Slovan” da var.

Ağdam klubunun səbətini dəyişməsi üçün 5 cütdə aşağı reytinqli komanda qalib gəlməlidi. 5 sensasiya təmsilçimizi güclülərin səbətinə daşıyacaq. Bu sensasiyalardan birini gerçəkləşdirəcəyi halda, “Qəbələ” də səpələnməmiş olacaq. Bu isə onların da nəhənglərlə görüşməsi ehtimalı yaradır.

Avropa Liqasının pley-offçuları

“Şaxtyor” (Ukrayna) - 81,976

“Olimpiakos” (Yunanıstan) - 70,940

“Anderlext” (Belçika) – 54,000

“Fənərbaxça” (Türkiyə) - 40,920

“Sparta” (Çexiya) - 40,585

PAOK (Yunanıstan) – 37,440

BATE (Belarus) – 34,000

“Slovan” (Çexiya) – 22,085

“QARABAĞ” (AZƏRBAYCAN) – “13,475

“Rusenborq” (Norveç) - 12,850

“Astana” (Qazaxıstan) - 12,575

“Astra” (Rumıniya) - 11,076

“Srvena Zvezda” (Serbiya) - 7,175

“Dinamo” (Tbilisi, Gürcüstan) - 5,875

“Trençin” (Slovakiya) - 5,400

“Partizani” (Albaniya) - 1,575

Mənbə: apasport.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30