25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

"Sabahkı oyunun nəticəsi hücumda necə oynamağımızdan asılı olacaq”

“Sabahkı oyunun nəticəsi bizim hücumda necə oynamağımızdan asılı olacaq. Biz hücum futbolu göstərmək istəyirik. Anlayırıq ki, rəqib güclüdür. Amma yenə də əlimizdən gələni edəcəyik ki. istəyimizi həyata keçirək”. Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk deyib.

Sabah “Qəbələ” Avroliqanın III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində öz meydanında “Lill”i qəbul edəcək. “Qırmızı-qaralar”ın çalışdırıcısı bu gün matçın baş tutacağı “Bakcell Arena”da oyunöncəsi mətbuat konfransı keçirib.

Ukraynalı mütəxəssis mümkün transferlər haqda bunları söyləyib: “Hər bir məşqçi daim komandasının güclənməsini istəyir. O cümlədən də mən. Heyətimizə bir hücumçu qatmalıydıq. Amma son anda keçid baş tutmadı. Hazırda qənaət rejimində çalışırıq. İstənilən halda, hazırda sərəmcamımda yaxşı futbolçular var. Onlardan faydalanmağa çalışırıq”.

Qriqorçuk “Lill”ə qarşı hücum futbolu göstərməyə çalışacaqlarını vurğulayıb: “Biz əks-hücumlara üstünlük vermirik. Daim hücum futbolu oynamağa çalışırıq. Sabahkı matç da istisna olmayacaq. Bunun necə alınacağını zaman göstərəcək. Rəqibi çox yaxşı analiz etmişik. Bütün ehtimalları nəzərə alaraq, rəqibin zəif tərəflərini öyrənmişik”.

“Qırmızı-qaralar”ın çalışdırıcısı sabahkı matçda Portuqaliyanın heyətində Avropa çempionu olan “Lill”in forvardı Ederin meydana çıxması ilə bağlı bunlrı söyləyib: “Ederin nəyə qadir olduğunu bilirik. Lakin onu xüsusi şəkildə digər oyunçulardan fərqləndirməyə ehtiyac yoxdur. Çünki “Lill”in heyətində güclü futbolçuların sayı çoxdur. 1 oyunçuya görə taktikamızı dəyişmək fikrində deyilik”.

Qriqorçuk bu gün sosial şəbəkədə “Qəbələ”yə dəstək olan sabiq futbolçu Viktor Mendidən də danışıb: “Bu videoya baxa bilməmişəm. Amma məlumatım var. Mendi ilə birgə işləmişik və buna görə şadam. Dəstəyinə görə ona minnətdaram”.

“Qəbələ”nin çalışdırıcısı rəqibin cinahlardan qurulan hücumlarının təhlükəli olması ilə bağlı sualı belə cavablandırıb: “Lill”in daha çox cinahlardan istifadə etdiyini düşünmürəm. Sadəcə, ilk oyunda belə alındı. Cinahda rəqibə boş zona verməməliyik. Çünki o mövqedə rəqibin çox yaxşı futbolçuları var. Onlar daim mərkəzə doğru irəliləməyi də bacarırlar”.   




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30