19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Ölkə futbolu

“Qəbələ” güclü komandadır”

"İlk oyunda komandamın zəif təsir bağışladığını deməzdim. Sabah uğur qazanmaq əlimizdən gələni edəcəyik”. Futbolxeber.az-ın saytının məlumatına görə, bu sözləri “Lill”in baş məşqçisi Frederik Antonetti deyib.

Sabah Fransa təmsilçisi “Bakcell Arena”da “Qəbələ”nin qonağı olacaq. “Lill”in çalışdırıcısı bu gün matçın keçiriləcəyi arenada oyunöncəsi mətbuat konfransı keçirib.

Fransalı mütəxəssis hələ ilk oyunda “Qəbələ”dən yaxşı çıxış gözlədiyini vurğulayıb: “İlk oyunda futbolçularımızın bir qismi meydanda deyildi. “Qəbələ”ni keçə bilməsək, bu, bizim üçün böyük uğursuzluq olacaq. Futbolda həm məğlubiyyət, həm də qələbə var. Rəqibimiz zəif deyil. İlk oyunda "Qəbələ"nin yaxşı oynayacağını gözləyirdik. Çünki güclü komandadır. Onların nəyə qadir olduğunu öyrənmişik".

Antenotti sabahkı görüşdə hücum futbolu oynayacaqları ilə bağlı sualı belə cavablandırıb: "Qəbələ" kimi biz də güclüyük və məqsədimiz eynidir. Bizim öz taktikamız var. Hücum futbolu da oynaya bilərik, müdafiə də. Bu, sabah məlum olacaq”.

“Lill”in çalışdırıcısı Avropa çempionu, ilk görüşdə meydana çıxmayan Ederə sabah şans verəcəyini bildirib: “Böyük ehtimalla, sabah Ederi meydanda görəcəyik. Hazırda o, meydana çıxmağa hazırdır”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30