20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Rəşad Sadıqov: “Top boş qapıya düşmürsə...”

“Qarabağ”ın kapitanı Rəşad Sadıqov “Viktoriya Plzen”lə oyundan (1:1) sonra jurnalistlərin suallarını cavablandırıb. Futbolxeber.az saytı təcrübəli müdafiəçinin müsahibəsini təqdim edir:

- Qarşılaşmanı necə şərh edə bilərsiz?

- Deyəcək çox söz yoxdur. Hər kəs oyunu gördü. Qismət belə imiş.

- Qələbə qazanmamağınızı qol vəziyyətlərinin boşa verilməsi ilə əlaqələndirmək mümkündür?

- Bu cür oyundan sonra nəyəsə ehtiyac olduğunu deməyin mənası yoxdur. Top boş qapıya düşmürsə... 2 oyun ərzində rəqibə qol imkanı vermədik. Onların 180 dəqiqə ərzində 1 real qol epizodları olmadı. Təəssüf ki, mərhələni adlaya bilmədik. Qismət deyilmiş.

- Qol epizonunda Əfran İsmayılova irad bildirdiniz?

- Yox, irad bildirmədim. Daha əvvəl demişdim ki, ortaya daha çox düşsün. Bəlkə də dediyim kimi etsəydi, hər şey fərqli olardı.

- “Qarabağ” nəyə görə mərhələ adlaya bilmədi?

- Bunu sırf qismətlə bağlayıram. Başqa deyiləcək söz yoxdur. O qədər hücum qurduq, faydası olmadı. Hər bir şeydə xeyir var.

- Yəqin ki, nəticəyə görə çox təəssüflənirsiniz...

- Təbii ki. Hər şey yaxşı gedirdi. Uğur qazanmağa çox yaxın idik. Bir zərbədən sonra hər şey dəyişdi.

- Əvəzetmələrin düzgün edilməsi ilə razısız?

- Əvəzetmələrin hamısı yerində idi. Oyuna biz nəzarət edirdik. Qol şanslarımız çox oldu. Lakin 1 səhv hər şeyə son qoydu.

- Son yaxın irəli atıldınız. Bu, öz istəyiniz idi, yoxsa baş məşqçinin göstərişi?

- Qurban müəllim irəli atılmağımı istədi. Çalışırdım ki, komandaya irəlidə kömək edim.

- Bu oyundan sonra Avroliqanın pley-off mərhələsinə köklənmək çətin olmayacaq ki?

- Çətin olacaq. Paltardəyişmə otağında hər kəs çöküb. Başqa cür uduzsaydıq, bizə bu qədər təsir etməzdi. Çempionlar Liqasının qrupuna düşməyi çox istəyirdik. İstəyimizə çatmağa çox yaxın olsaq da, sonda hər şey yox oldu. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30