29 Mart 2024, Cümə
XXXI və XXXII turun oyun cədvəlləri
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə

Ölkə futbolu

Qənirə Paşayeva: “Qələbə bu gün “Qarabağ”ın haqqı idi”

"Bu gün sona kimi “Qarabağ”a azarkeşlik etdik. “Qarabağ” hər kəs üçün bir başqa komandadır. Azərbaycanda bu komandaya azarkeşlik etməyən yoxdur”. Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Qarabağ” - “Viktoriya Plzen” (1:1) oyunundan sonra millət vəkili Qənirə Paşayeva deyib.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan qarşılaşmanı canlı izləyən Q. Paşayeva matçdan sonra “Qarabağ”ın üzvləri ilə görüşüb: “Qarabağ”da bəyəndiyim oyunçular var. Lakin adlarını çəkməyəcəyəm. Oyundan sonra Qurban Qurbanov başda olmaqla hər kəsi təbrik etdim. Qurban müəllim çox gözəl komanda yaradıb. Futbolçular bu gün çox yaxşı çıxış etdilər. Amma təəssüflər olsun ki, qələbə qazanmaq mümkün olmadı. “Qarabağ”ı təbrik etdik, təsəlli vermədik. Çünki təsəlli verəcək durum yoxdur”.

Qənirə Paşayeva “Qarabağ”ın Çempionlar Liqası ilə vidalaşmasını bəxtsizliklə əlaqələndirib:  “Hər kəs gördü ki, “Qarabağ” bu oyunda qələbə qazanamlıydı. Rəqibin heç-heçəyə nail olması bizim şansızlığımızdır. Ağdam klubu fərqli hesabla qələbə qazanmalı idi. Lakin Avropada mübarizə davan edir. İndi komandanı tənqid etmək asandır. Futbolçular da nəticəyə görə çox məyusdurlar”.

Millət vəkili azarkeşlərin stadionu tez tərk etməsindən narazılığını ifadə edib: “Qarabağ”a dövlət dəstəyi olur. Gələcəkdə də olacaq. İndiki məqamda komandaya azarkeş dəstəyi də artmalıdır. Qardaş Türkiyədə klubların ayaqda durmasında azarkeşlərin böyük rolu var. Hər kəs kluba daha çox dəstək olmalıdır. Bugünkü oyunda 85-ci dəqiqədə bəzi azarkeşlər stadionu tərk etdilər. Halbuki komandanı sona qədər dəstəkləmək lazımdır. “Qarabağ”ı tənqid etmək istəmirəm. Bu oyunda komanda özünü yaxşı tərəfdən göstərdi”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31