25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

“Qismətimizdə qələbə yox idi”

“Çox danışmaq düzgün olmaz. Qalib gəlməyi çox istəyirdik. Hər bir futbolçumuzdan razı qaldım. Oyun başlayan kimi bildim ki, bura gələn hər kəs qələbə istəyir. Təəssüf ki, bəzən düşünmədiyin nəticələr olur. Bizə rəqibi təbrik etmək qalır. Avroliqanın “pley-off”unu düşünməliyik”.
 
Futbolxeber.az saytının qol.az-a istinadən verdiyi məlumata görə, bu sözləri “Qarbağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının III təsnifat mərhələsinin “Viktoriya” (Çexiya) ilə cavab oyunundan (1:1) sonra keçirdiyi mətbuat konfransında deyib.
 
-Sizə elə gəlmir ki, Əfran ismayılovla əvəzlənmə tamamlanmalı idi?
- Belə düşünmürəm. Almeyda özü əvəzlənmək istədi. Rəqib getdikcə daha çox hücum edirdi. Biz əvəzləmə lazım idi. Əvəzləmələrin oyuna mənfi təsir etidiyini düşünmürəm. Oyun gedişatı bunu tələb edirdi.
 
- Avroliqanın pley-off oyununa qədər bu üzüntü bizi buraxacaqmı?
- Futbolda hər bir nəticəyə hazır olmalıyıq. Hamımız bu oyunu unutmalıyıq. İstək daha çox olanda nəticə əldə etmək olur. Bizdə çatışmayan cəhətlərdən biri də odur ki, daima belə azarkeşlər önündə oynamırıq. Daha diqqətli olub, önə baxmalıyıq.
 
- Milan “İnter”i ilə oyundan sonra da “Qarabağ” “yıxılmışdı”.
- İnamımızı itirməməliyik. Hər bir rəqibə qarşı oynamaq olar. Qismətimizdə yoxdusa, qalib gələ bilmərik. Ən azından hamı oyundan həzz aldı. Nə “İnter”i, nə də bu oyunu düşünməliyik. 
 
- Artıq ikinci dəfədir ki, bəxt “Qarabağ”dan üz döndərir. Sizcə, bu qismətlə bağlıdır?
- Bizə qələbə daha vacib idi. Ancaq yəqin ki, qismət belədir.
 
- Bəlkə, “Qarabağ”ın bu mərhələdə dayanmağı lazımi transferlərin olmamasıdır?
- Ən başlıcası əlimizdə olan futbolçuları qoruyub saxlamalıyıq. Özünüz şahidsiz ki, hər legioner bizim oyuna uyğunlaşa bilmir. Çalıçmalıyıq ki, əlimizdə olan futbolçulardan düzgün istifadə edək. Əlbəttə, hər bir komandaya hər il dəyişiklik lazımdır.
 
- Sizi ən çox məyus edən Miçelin boş qapıya qol vura bilməməsi oldu, yoxsa “Viktoriya”nın qolu?
- Məyusedici şeylər çoxdur. Nəticədə hər ikisi məni məyus etdi.
 
- Artıq bir neçə ildir ki, Reynaldo paxıl oynayır. Niyə bu problem həll olunmur?
- Reynaldonun qol ötürmələri də az olmayıb. Fikrinizlə tam razı deyiləm. Elə epizodlar olur ki, hücumçu oyunu öz üzərinə götürməlidir. Ola bilər ki, özü qol vurmaq istəsin.
 
-Etiraf etmək lazımdır ki, Premyer Liqamızın zəif olması bu kimi oyunlarda “Qarabağ”a təsir edir…
- Oyun baxımından elə də problem yaşamadıq. Təbii ki, Çexiya çempionatı ilə bizimki çox fərqlidir.
 
- Oyunun sonlarına yaxın Elvin Yunuszadə oyuna girdi. Bundan sonra rəqib asma ilə qol vurdu. 
- Oyunun gedişi bu əvəzləməni tələb edirdi. Sadəcə, bizim qismətimizdə qələbə yox idi. 
 
- İlk oyunda da belə hücum futbolu oynamaq olmazdımı?
- Rəqib səfərdə tam fərqli oyun göstərdi. Səfər və ev oyunları həmişə fərqli olur. Səfərdə müdafiəyə daha çox fikir verdik. Rəqibi tanımaq istədik.
 
- Mahir Mədətov niyə "18lik"də yox idi?
- Bunun səbəbi yoxdur. Sadəcə, belə düşünmüşdük. Rəqib daha çox cinahlardan hücum edirdi. bunu nəzərə alaraq cinahdan hücuma keçməli idik.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30