19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Azərbaycan futbolu naminə: HAMI STADİONA!

 

Bu həftə Azərbaycan futbolu üçün mühüm əhəmiyyət daşıyır. Avropada mübarizəni davam etdirən 2 klubumuz - “Qarabağ” və “Qəbələ” çox vacib oyuna çıxacaqlar. Ağdam klubu Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab görüşündə “Viktoriya Plzen”lə qarşılaşacaq. “Qəbələ” isə Fransanın aparıcı klublarından olan “Lill”lə üz-üzə gələcək. Təmsilçilərimiz səfər matçlarında sərfəli nəticə əldə ediblər. “Qarabağ” qolsuz, “Qəbələ” isə 1:1-lik bərabərliklə vətənə dönüb. Odur ki, hər iki klubumuzun mərhələ adlamaq şansı pis deyil. “Qarabağ” “Viktoriya Plzen”i keçəcəyi təqdirdə, Azərbaycan futbolunda ən yeni tarix yazacaq. Buna qədər heç bir klubumuz Çempionlar Liqasında pley-offa adlamayıb. Qurban Qurbanovun komandası ilk imza atsa, həm illərdir arzusunda olduğumuz ÇL-in qrup mərhələsinə 1 addım yaxınlaşacaq, həm də avtomatik olaraq ən pis halda ardıcıl üçüncü il Avroliqanın qrup mərhələsində mübarizə aparmağı təmin edəcək. “Qəbələ” isə “Lill”i mübarizədən kənarlaşdırmaqla bütün dünyanın diqqətini cəlb edə bilər. Hər halda, futbolu elə də inkişaf etməyən ölkənin - Azərbaycan klubunun Fransa nəhəngini üstələməsi böyük uğur sayılacaq.

Klublarımızın səfər oyunlarında çıxışı, cavab oyunu öncəsi şanslar, rəqiblərin gücü və s. bütün bunlar artıq günlərdir müzakirə olunur. Bizim toxunmaq istədiyimiz məqam başqadır. Məlumdur ki, hər bir komandanın komandanın uğurunda azarkeş dəstəyi böyük rol oynayır. Əbəs yerə fanatları komandanın 12-ci oyunçusu adlandırmırlar. Çərşənbə axşamı “Qarabağ”ın, cümə axşamı isə “Qəbələ”nin azarkeş dəstəyinə ehtiyacı var. Ağdam klubu son illər qitə kuboklarında keçirdiyi matçlarda azarkeş dəstəyi baxımından əziyyət çəkmir. Fanatlar daim Qurban Qurbanovun komandasına dəstək olurlar. İnanırıq ki, avqustun 2-də də tərəfdar baxımından “Qarabağ”ın problemi olmayacaq. “Viktoriya Plzen”lə oyunun biletləri artıq dünəndən satışa çıxıb və ilk gündə 9 min bilet sahibini tapıb. Bu, çərşənbə axşamı Respublika stadionunda anşlaq yaşanacağını düşünməyə əsas verir. İnanırıq ki, Ağdam klubu azarkeşlərlə birgə tarix yazacaq.

Amma “Qarabağ”dan fərqli olaraq, “Qəbələ”nin azarkeş sarıdan bəxti gətirməyib. Komanda Avropada tarix yazır, heyətini səviyyəli legionerlərlə gücləndirir, klub rəhbərliyi stadiona daha çox tərəfdar cəlb etmək üçün bir çox təbliğat işləri aparır, gəl ki əksər hallarda çəkilən əziyyətin qarşılığını almaq mümkün olmur. Bununla belə, inanırıq ki bu dəfə vəziyyət fərqli olacaq. “Bakcell Arena”da anşlaq görmək hər birimizin arzusudur. “Lill”in gücü, heyəti, büdcəsi məlumdur. “Qəbələ”nin bu komandanı keçməsi böyük uğur olacaq. Bu uğurun qazanılmasında isə azarkeşlərin də üzərinə böyük yük düşür. Hörmətli azarkeşlər, “Qəbələ”nin dəstəyinizə ehtiyac var. “Qarabağ”lı, “Neftçi”li, “Kəpəz”li, “Bakı”lı, “Xəzər Lənkəran”lı, “İnter”li, “Sumqayıt”lı olmasından asılı olmayaraq, avqustun 4-də hər kəs “Qəbələ”yə dəstək olmalıdır. Çətin sınaqda “Qarabağ”ın da, “qırmızı-qaralar”ın yanında da olmaq vətəndaşlıq borcumuzdur. “Qəbələ”nin prezidenti Tale Heydərovun da dediyi kimi, rəhbərlik, məşqçilər, futbolçular, jurnalistlər uğurun qazanılması üçün üzərinə düşəni müəyyən qədər yerinə yetirir. İndi növbə azarkeşlərindir. “Qəbələ”ni çətin sınaqda yalnız buraxmaq olmaz. “Lill”ə, bütün Avropaya gücümüzü göstərməliyik. Unutmayın, “Vikrotiya Plzen”, “Lill” üzərində qələbə, ÇL-in və Avroliqanın pley-offuna gedən yol sizin dəstəyinizdən keçir. “Qarabağ” və “Qəbələ”, Azərbaycan futbolu naminə hamı stadiona! Çərşənbə axşamı Tofiq Bəhramovda, cümə axşamı isə “Bakcell Arena”da anşlaq görmək arzusu ilə...Uğurlar “Qarabağ”, uğurlar “Qəbələ”!

Futbolxeber.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30