19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

"Qəbələ"yə öz oyunumuzu diktə etməyə çalışacağıq"

"Avrokuboklarda ev oyununda qeydə alınan heç-heçə yaxşı nəticə deyil. İndi cavab görüşündə "Qəbələ"yə öz oyunumuzu diktə etməyə çalışacağıq". Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Lill"in yarımmüdafiəçisi İbrahim Amadu Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyununda evdə "Qəbələ" ilə 1:1 bərabərə qaldıqları oyundan sonra klubun rəsmi saytına deyib.

Amadu Bakıda onları çətin oyunun gözlədiyini bildirib: "İlk hissədə oyunumuzda lazımi temp yox idi. Ona görə də rəqib tez-tez kəskin hücumlar təşkil edirdi. Lakin fasilədən sonra hər şey dəyişdi. Biz daha güclü oynadıq. Təəssüf ki, qol imkanlarından yararlana bilmədik. Cavab görüşü çətin olacaq, amma biz qələbəyə oynayacağıq".

Qeyd edək ki, bu komandalar arasında cavab görüşü avqustun 4-də Bakıda keçiriləcək. Matç saat 21:00-da başlayacaq.

Mənbə: qol.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30