19 Aprel 2024, Cümə
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı

Ölkə futbolu

Taleh Heydərov nümunəsi

Son, “Bir gəncin manifesti” adlı yazımda “Qəbələ”nin keçmiş kapitanı, hələlik qanunsuz olaraq məhbus həyatı yaşayan Cavid Hüseynovun apellyasiya məhkəməsində başlanan məhkəmə prosesindən yazmışdım. Həmin yazıda Cavid Hüseynovun AFFA və “Qəbələ” klubu səviyyəsində müdafiə edilməyinin vacib olmasını qeyd etmişdim.

       Dünən (28 iyul) “Qəbələ”nin Fransada “Lill”nən keçirdiyi matçdan sonra komandanın prezidenti Taleh Heydərovun “Baş məşqçimiz başda olmaqla, bütün futbolçulara bildirilmişdi ki, mərhələni keçəcəyimiz halda bu uğuru Cavid Hüseynova həsr edəcəyik. Buna görə də komanda bütün gücünü meydanda qoymalıdır. Futbolçular da sağ olsunlar ki, bu gün meydanda tam gücləri ilə rəqibə qarşı mübarizə apardılar” komanda tərəfindən unudulmadığını, günahsız olmasına inandıqlarını nümayiş etdirmiş oldu. Həmin yazıda klubu və AFFA-nı hətta Cavidi müdafiə etməməkdə ittiham etmişdim və onu müdafiə etməkdə borclu olduqlarını yazmışdım: Cavid ola bilər ki, bundan sonra futboldan tamamilə uzaqlaşsın, amma “Qəbələ” klubu və AFFA Cavid Hüseynovu müdafiə etməyə borcludular. Azından ona görə borcludular ki, Cavid günahsızdır. Ona görə borcludular ki, Cavid həm klubun, həm də yığmanın müəyyən uğurlarında rolu danılmazdı.

       “Qəbələ” klubunun prezidenti Taleh Heydərovun son açıqlaması Cavidə böyük mənəvi dəstək oldu. Indi isə növbə AFFA-nındı. “Qəbələ”ynən müqayisədə millimizin son dövrlər demək olar ki, uğuru yoxdu və bu səbəbdən uğurun Cavid Hüseynova həsr edəcəkləri də yaxın gələcəkdə görsənmir.

Amma buna baxmayaraq, millimizin hər bir oyunçusu fərdi qaydada da olsa belə, Cavidi müdafiə etməkdən çəkindi. Səbəbi məlumdu. Sadəcə yazıb onları biabır etmək istəmirəm.

Futbolçulardan qurtaraq keçək Cavidin ailəsinin də üzv olduğu Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinə. Cavid şəhid övladıdı. Hamımızın bir mənəvi borcu var Cavidin ailəsi qarşısında. Amma nədənsə qeyd etdiyim İctimai Birliyin rəhbərliyi hadisə baş verəndən bu günə kimi Cavid Hüseynov haqqında bir kəlmə olsun belə söz deməyiblər. Axı həmin təşkilatın borcudur ki, azından Cavidi sözlə də olsa müdafiə etsin. Niyə və hansı səbəbdən bunu etmirlər? Azından Cavidin buna ehtiyacı var. Bəlkə hörmətli jurnalistlər QMƏVŞAİB rəhbərliyindən bunun səbəbini soruşalar. İnanıram ki, təşkilatın rəhbərliyinin yadına bu məsələ heç düşməyib. Bəlkə onları da bir az tərpədək ki, bir şəhid övladının günahsız olaraq məhbus həyatı yaşaması sizin də adınıza xələl gətirir. Bəlkə “Qəbələ”nin fəxri prezidenti Taleh Heydərovdan nümunə götürəsiniz, hörmətli AFFA, milli və QMƏVŞAİB rəhbərliyi və üzvləri? 

Mehman MURADLİ      




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30