29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Vəli Qasımov: “Bu mövsüm mükafatlara iddialı bir "Neftçi” görəcəksiz”

“Neftçi”nin baş məşqçisi Vəli Qasımov klubun rəsmi saytına müsahibə verib. Futbolxeber.az saytı həmin müsahibəni təqdim edir:

- Əvvəlcə komandanın Avropa Liqasındakı çıxışı barədə danışmağınızı istərdik.

- Əvvəldən də qarşıya məqsəd qoymuşduq ki, iki mərhələ keçək. "Baltsan”la səfər qələbəsindən sonra cavab matçında müəyyən arxayınlıq oldu. İkinci mərhələdə rəqibimiz olan "Şkendiya” klubunun səviyyəsi bəlli idi. Komandanın heyətinin yarısı Makedoniya millisinin üzvüdür. Polşanın "Krakovya” klubu ilə hər iki oyunda inamlı qələbə qazandılar. Polşalılara iki oyunda 4 qol vurdular. Bu komandanın hücum xəttinin daha güclü olduğunu bildiyimiz üçün oyunu müdafiədə daha diqqətli olmağa çalışdıq. Əsasən səfər oyununda əlimizə düşən şanslardan yararlana bilsəydik, mərhələni keçən tərəf biz olacaqdıq. Amma bu futboldur, nəticə hər dəfə istədiyimiz kimi olmur.

- "Şkendiya” ilə oyundan sonra azarkeşlər komandanı aeroportda qarşıladı...

- Onların bizi qarşılayacağını hələ Makedoniyada olanda bilirdik. Nəticə tələb etmək azarkeşin haqqıdır. Düzdür, bunu daha sakit tərzdə eləmək olar. Sadəcə, həmin anda emosiyaları cilovlamaq çətin idi. Biz həmişə azarkeşlərə açıq olmuşuq. Nə sözləri, təklifləri varsa, soyuq başla görüşüb bir-birimizi dinləyə bilərik.

- Azarkeşlərin əsas etirazı hücum xəttinə futbolçunun alınmaması ilə bağlıdır.

- Biz mövsüm başa çatan kimi müdafiəni gücləndirməyi düşündük. Çünki 2-3 müdafiəçi ilə hazırlaşmağımız düzgün olmazdı. "Baltsan”la oyuna yeni hücumçu sifariş etmək fikrimiz var idi, amma almaq istədiyimiz qapıçı tibbi baxışdan keçə bilmədiyi üçün digər qapıçı axtarışına başlamalı olduq. Bu da bizə vaxt baxımından çətinlik yaratdı. Danışıq apardığımız hücumçular isə son anda başqa komandalarla anlaşdılar. Bəzi hallarda isə istədiyimiz futbolçuya görə böyük məbləğ tələb edildi. İndiki vəziyyətdə o transferi reallaşdırmaq olmazdı. Məsələn, Jairo və Aylton ötən mövsüm bizə transfer olunanda hər kəs tərəfindən tənqid olunurduq. Hazırda Jairo oyunu ilə azarkeşlərin də sevgisini qazanıb. Aylton isə "Neftçi”də çıxış etdikdən sonra Portuqaliya klubuna transfer olundu. Biz onunla danışıqlar aparsaq da, Aylton karyerasını düşünərək təbii olaraq Portuqaliya çempionatında oynamağı seçdi. Özü də Aylton bizim təklif etdiyimiz qiymətin yarı miqdarı qarşılığında "Eştoril”lə razılaşdı.

- Yeni transferlərin oyunu azarkeşlər tərəfindən birmənalı qarşılanmadı. Bəyənənlər də oldu, tənqid edənlər də...

- Yeni transferlərimizin biri qapıçı, ikisi müdafiəçi, digər ikisi isə dayaq yarımmüdafiəçisidir. Adətən bu mövqelərdə çıxış edən futbolçular hücumçular qədər diqqət mərkəzində olmur. Qapıçı Krşevan Santini keçirdiyimiz oyunlarda yaxşı təsir bağışladı. Düşünürəm ki, o bizə çox faydalı olacaq. Vançe Şikov Makedoniya millisinin aparıcı üzvlərindən biridir, Avstriya çempionatında çıxış edib. "Şkendiya” ilə oyunda ikiqat şanssızlıq yaşadı. Top uğrunda mübarizədə həm ayağı sındı, həm də mənim fikrimcə, layiq olmadığı qırmızı vərəqəni aldı. Dario Melnyakın da oyunundan razıyam. Təbii ki, futbolçunun tam uyğunlaşması üçün müəyyən vaxta da ehtiyac var. Edson Kastilyo isə gənc olması ilə yanaşı, ilk dəfədir ki, legioner həyatı yaşayır. Uyğunlaşma ilə bağlı müəyyən problem ola bilər. Məncə, Murad Ağayev də getdikcə daha yaxşı oyun sərgiləcəyək. Komanda hazırda gözlədiyim səviyyədə olmasa da, qısa müddətdə istədiyimiz heyəti formalaşdıracağıq.

- Komandaya yeni transfer gözlənilirmi?

- Transferlər təkcə Avropa Liqası üçün deyil, bütün mövsüm üçün edilir. Burada tələsik qərar vermək olmaz. Yanlış oyunçu seçimi sonradan klubun ziyanına işləyə bilər. Elə futbolçu transfer etməliyik ki, komandaya faydalı olsun.

- "Baltsan”la cavab oyunundan sonra azarkeşlərdə ümidsizlik yaranmışdı...

- Bu mövsüm mükafatlara iddialı bir "Neftçi” görəcəksiz. Həm ölkə kubokunda, həm də çempionatda yüksək yerlər uğrunda oynayacağıq. Ötən mövsüm AZAL klubundan 9 xal geridə idik. O zaman avrokuboklara vəsiqə qazanaca biləcəyimizi düşünənlər az idi. Lakin biz çətin vəziyyətdə toparlanaraq bu tapşırığın öhdəsindən gəldik. İndi də müəyyən çətinliklərimiz var, amma biz bu vəziyyətdən alnıaçıq, üzüağ çıxacağıq.

- Azarkeşlər öz rəylərində futbolçuların oyunundan razı qalmadıqlarını və sizin onların tərəfini saxladığınızı bildirir...

- Mənim də həm ölkədə, həm də xaricdə futbolçu karyeram olub. Peşəkar məşqçi futbolçularına hər zaman dəstək olmalıdır. Uduzmuşuqsa, bəhanə axtarmaq istəmirəm. Mən hər zaman futbolçuların tərəfini saxlayacağam. İstəmirəm ki, onlar bədbinliyə qapılsınlar. Belə olsa, nəticə də qazanmaq mümkün olmaz. Unutmayaq ki, bu futbolçularla biz ölkə kubokunun finalında oynamışıq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31