24 Aprel 2024, Çərşənbə
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

“Qarşıdakı mövsüm əvvəlki çempionatardan daha gərgin və maraqlı keçəcək”

“Bu gün ilk dəfə olaraq ölkə çempionatının püşkatması televiziya vasitəsi ilə canlı yayımlanır. Buna görə “CBC-Sport” kanalının rəhbərliyinə təşəkkürümü bildirirəm”. Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev deyib.

Bu gün Azərbaycan Premyer Liqasında 2016/17 mövsümünün püşkü atılır. Musayev püşkatma mərasiminin canlı yayımlanmasından razılığını ifadə edib: “Mən deyəndə ki, çempionatımız digərlərindən geri qalmır, çoxları mənə inanmırdı. Deyirdilər ki, Ramin Musayev öz keçirdiyi çempionatı tərifləyir. Lakin ötən mövsüm çempionatın yüksək səviyyədə yayımına şahidlik etdik. Əvvəlki kanalları pisləmək fikrində deyiləm. Sadəcə, texnikadan çox şey asılıdır”.

Ramin Musayev cari mövsümün yeniliklərindən söz açıb: “Məncə qarşıdakı mövsüm əvvəlki çempionatardan daha gərgin və maraqlı keçəcək. 8 komandadan ən azı 6-sı avrokuboklar uğrunda mübarizə aparacaqlar. Mübarizə şəraitində keçən yarışa maraq da olur. Bu mövsüm bəzi dəyişikliklər nəzərdə tutulub. Bu qərara klubların xahişi ilə gəlmişik. İlk növbədə legionerlərə görə ödənilən rüsum azaldılıb. Bu, klublara kömək xarakteri daşıyır. Qərara alınıb ki, futbolçuların maykalarında oyunçuların adları doğma dilimizdə yazılsın. Topaz yenə çempionata sponsorluq edəcək”.

PFL prezidenti Əliyar Ağayevin Avropa çempionatının finalını idarə etməsinə də münasibət bildirib: “Əliyar Ağayev 19 yaşlı futbolçular arasında Avropa çempionatının finalını idarə etdi. Bu da bizi çox sevindirir. AFFA rəhbərliyi hakimlərin inkişafı üçün lazım olan şəraiti yaradıb. Əliyar Ağayev orada AFFA-nı, PFL-i yox, Azərbaycanı təmsil edirdi”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30