24 Aprel 2024, Çərşənbə
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”

Ölkə futbolu

“Qəbələ” “Lill”lə oyunun hazırlığını davam etdirir

UEFA Avropa Liqasının III təsnifat mərhələsində Fransanın “Lill” klubu ilə qarşılaşacaq “Qəbələ” ilk matçın hazırlığına start verib. Futbolxeber.az saytının məlumatına görə, iyulun 21-də “Bakcell Arena”da Macarıstanın MTK klubuna qarşı keçirilən II təsnifat mərhələsinin cavab qarşılaşmasının (2:0) ardından bir günlük istirahətə buraxılan “qırmızı-qaralar” məşqlərini iyulun 23-də bərpa edib. Bakıda baş tutan məşq prosesində futbolçular fiziki hazırlıq üzərində çalışıblar. Komanda növbəti məşqini dünən gerçəkləşdirib. Günün ikinci yarısına təsadüf edən hazırlıq toplu çalışmalardan ibarət olub.

Xatırladaq ki, III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək “Lill” - “Qəbələ” görüşü Lill şəhərinin “Stad Pyer Morua” stadionunda baş tutacaq. İyulun 28-dəki qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.


gabalafc.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30