23 Avqust 2019, Cümə
III turun oyun cədvəlini açıqlandı
"Estremadura" Mahirdən imtina edir
Milli komandamız PES-2020-də
Xanım Dabo da Bordindən narazıdı

Ölkə futbolu

“Qəbələ” kamerunlu hücumçunu transfer edir

“Qəbələ” növbəti transferini reallaşdırmaq üzrədir. Futbolxeber.az saytının əldə etdiyi məlumata görə, “Qırmızı-qaralar” Marsel Essombeni heyətinə qatır. Kamerunlu hücumçunun 28 yaşı var. Peşəkar karyerasına 2006-cı ildə “Soşo”nun ikinci komandasında başlayan Essombe son mövsümü Buxarest “Dinamo”sunda keçirib. Rumıniya klubunun heyətində meydana çıxdığı 23 oyunda 6 qol vurub. Mövsüm başa çatdıqdan sonra “Dinamo”nu tərk edən kamerunlu hücumçu “Astra”ya keçməyə yaxın olsa da, son anda seçimi “Qəbələ”nin xeyrinə edib.

Qeyd edək ki, Marsel Essombe “Qəbələ”nin yeni transferi Beqali Dabo ilə birgə Fransanın “Kretey” klubunda çıxış edib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2019
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31