23 Avqust 2019, Cümə
III turun oyun cədvəlini açıqlandı
"Estremadura" Mahirdən imtina edir
Milli komandamız PES-2020-də
Xanım Dabo da Bordindən narazıdı

Ölkə futbolu

Şahin Diniyev: “Admira” şişirdiləsi komandadır”

“Planımız belə idi ki, 75-80-ci dəqiqəyə qədər müdafiə olunmalıydıq. Sona yaxın ikinci hissədə meydana daxil olan futbolçular lazım olan qolu vurmalı idilər. Lakin istəyimiz baş tutmadı”. Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Kəpəz”in baş məşqçisi Şahin Diniyev deyib.

Gəncə klubu Bakıda “Admira”ya 0:2 hesabı ilə uduzmaqla Avroliqayla vidalaşıb. Oyunsonrası mətbuat konfransında Diniyev məğlubiyyətin səbəbini belə izah edib: “Əvvəldən də demişdim ki, qol buraxmamalıydıq. Fərdi səhvdən qapımızda qol gördük. Bu da acınacaqlı an idi. Həmin anda oyun bitdi. Sona yaxın qol vurmaq üçün çox çalışdıq. Azarkeşlərimizə ən azı 1 qol hədiyyə etmək istəyirdik. Sonda 6-7 qol epizodu yaxalasaq da, dəyərləndirə bilmədik”.

Təcrübəli mütəxəssis komandasının gələcəyinə inandığını vurğulayıb: “Avroliqayla vidalaşdıq. Həyat davam edir. İndiki “Kəpəz” daha güclüdür. Uğurlarımız qabaqdadır. “Kəpəz” hər gün inkişaf edir. İlk mərhələni keçəcəyimizə də əvvəldən inanmırdıq. Komandam başından yuxarı tulandı”.

Şahin Diniyev rəqibin şişirdilməyə layiq olduğunu qeyd edib: “Rəqib nə qədər imkan verirsə, o qədər oynayırıq. “Admira” şişirdiləsi komandadır. Çox təşkilatlanmış, güclü rəqibə qarşı oynadıq. Bu komandanın adını hələ çox eşidəcəksiniz”.

Diniyev komandasında hansısa futbolçunu günahlandırmaq istəmədiyini vurğulayıb: “Uduzandan sonra hansısa futbolçunu günahlandırmaq istəməzdim. Əslində, günahı başqasının üstünə atıb, yaxamı kənara çəkə bilərəm. Amma “Kəpəz” bir ailədir. Razıyam ki, Ebah bu gün real qol şanslarını qaçırdı. Xüsusən də ilk epizodu dəyərləndirməliydi. Ümid edirəm ki, çempionatda o, ümidləri doğruldacaq”.

Gəncə klubunn çalışdırıcısı Avroliqada mümkün qədər irəli getməyə çalışdıqlarını söyləyib: “Rəhbərlik qarşımıza hər hansı tələb qoymamışdı. Bacardığımız qədər irəli getmək istəyirdik. Bəxtimizdən rəqiblərimiz də güclü idi. “Daçiya” və “Admira” zəif deyil”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2019
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31