19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Çuçuli: “Diqqətli olmalyıq, “Neftçi” yaxşı komandadı”

Sabah Avroliqanın II təsnifat mərhələsinin cavab görüşündə “Neftçi”ni öz meydanında qəbul edəcək “Şkendiya”nın oyunöncəsi mətbuat konfransında vitse-kapitan Ardian Çuçuli də iştirak edib. Futbolxeber.az saytının məlumatına görə, o, görüşlə bağlı bunları söyləyib:

“Bildiyiniz kimi, “Neftçi” ilə ikinci oyunumuza çıxacağıq. Diqqətli olmalıyıq. “Neftçi”  yaxşı təşkil olunmuş komandadı. İlk oyundakı nəticə şansımızı əldə saxlayır, çalışıb, bundan istifadə eləməliyik. Əlimizdən gələni edəcəyik ki, üçüncü  mərhələyə adlayaq, klub tarixində yeni səhifə yazaq”.

- İlk oyun heç heçə bitdi - 0:0. Düşünmürsüz ki, evdə buraxılan qol vəziyyəti xeyli gərginləşdirər?

- Əlbəttə, bunu bilirik və düşünmüşük. Oyunda maksimum diqqətli olmalıyıq. Həm də azarkeş, doğma meydan amilindən istifadə eləməyə çalışmalıyıq.

- İlk oyundan sonra rəqibi nə qədər tanıyırsız: növbəti mərhələ şanslarınızı necə dəyərləndirərdiz?

- Əlli-əlliyə. Təbii ki, 80-20 nisbətində deyil durum, güc və şans nisbəti təxminən bərabərdir. Biz şanslarımızdan istifadə etməliyik.

Mənbə: futbolpress.az

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30