26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

“Neftçi”yə qarşı A, B, C planlarımız var, penaltilər də D planıdı”

Avropa Liqası II təsnifat mərhələsinin cavab matçında “Neftçi”ni qəbul edəcək “Şkendiya”nın (İlk oyun: 0:0) baş məşqçisi Bruno Akrapoviçin oyunöncəsi mətbuat konfransı keçirib. Futbolxeber.az saytının futbolpress.az-a istinadən verdiyi məlumata görə, Akrapoviç ilk öncə sabahkı matç barədə fikirlərini açıqlayıb:

“İlk oyunda 0:0 hesablı heç-heçə oldu və hesab edirəm ki, bu, bizimçün qənaətbəxşdi. Məncə, növbəti mərhələyə adlamaq üçün şanslıyıq. Bundan istifadə etməliyik. Bu, Makedonoiya futbolu adına yaxşı bir şansdır və bundan yararlanmalıyıq.

- İnanırsınız ki, “Şkendiya” növbəti mərhələyə adlayacaq?

- Öncədən heç kim heç nəyi dəqiq deyə bilməz. “Neftçi” zəngin tarixi olan klubdur. Ciddi rəqibdir. Öncədən proqnoz vermək çətindir.

- Sanki “Şkendiya” təzyiq altında oynamır. Bu amil komandanın oyununa necə təsir göstərir?

- Sizin kimi düşünmürəm, hesab edirəm ki, kifayət qədər əzyiq var, lakin biz ən yaxşı oyunumuzu oynamağa çalışırıq. Hər şey nəzarətimizdədir.

- Əgər hansısa xoş olmayan  sürpriz olsa, qarşılığında planınız varmı?

- Əlbəttə, bütün riskləri, sürprizləri nəzərdə tutmuşuq və çalışacağıq ki, çarəsiz qalmayaq.

- A, B, C, planlarınız var? Oyun penaltilərə gedərsə oyun, buna hazırlığınız olub?

- Bəli, bütün planlarımız var. Penaltilər də D planıdı.

- Heyətdə hər hansısa dəyişiklik olacaq?

- Əgər oyunda dominantlıq eləsək, heyəti dəyişməyə dəyməz. İlk oyuna nisbətən hansısa ciddi dəyişiklik planım yoxdur.

- Bakıdakı oyunda, əsasən, mərkəzdən hücumlar qurulurdu, cinahlardan “Neftçi”nin müdafiəsini yarmaq alınmadı. Bu dəfə də bu üslubda oynamağı düşünürsünüz, yoxsa başqa variantlar var?

- Bu fikirlə bir qədər razı deyiləm. Hardasa elədir - mərkəzdən hücumlar qururduq, ancaq deməzdim cinahlardan istifadə etmirdik. Məsələn, real qol şansını da cinahdan qururulan hücumda əldə etmişdik.

- Ümid edirik ki, “Şkendiya” növbəti mərhələyə keçər. Əgər bu, belə olarsa, növbəti rəqib haqda düşünmüsüzmü?

- Yox. Növbəti mərhələ haqda indidən düşünmək və danışmaq tezdir. Əvvəlcə qarşıdakı ciddi rəqibi keçmək lazımdır. Bütün düşüncəmiz məhz bu oyunla bağlıdır.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30