23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

“Azərbaycanda qazandığım pullar Yunanıstan futbolunda heç vaxt olmayacaq”

“Əfsuslar olsun ki, 2012-ci ildə AEK klubundakı vəziyyət heç də xoş deyildi. Həmin vaxt klubda maliyyə böhranı var idi. Buna görə də, Azərbaycana köçməli olmuşdum”. Futbolxeber.az saytının məlumatına görə, bu sözləri yunanıstanlı hücumçu Dimitris Sialmas deyib.

Ölkəsinin mətbuatına geniş müsahibə verən 30 yaşlı futbolçu söhbət əsnasında Azərbaycandakı karyerasını da yada salıb.

2012/2013 mövsümündə “Xəzər Lənkəran”ın formasını geyinmiş Sialmas həmin vaxt AEK-dən daha çox pul qazanmaq məqsədilə ayrıldığını etiraf edib: “O vaxtdan bəri haqqımda çox şeylər yazılıb. İstəyirəm ki, AEK-in fanatı olduğumu hər kəs bilsin. Problemlərə rəğmən, həmin il komanda üçün uğurlu alınmışdı. AEK-dən sonra başqa ölkəyə yollandım. Azərbaycanda qazandığım pullar Yunanıstan futbolunda heç vaxt olmayacaq. Bəlkə də, ora getməklə səhv addım atdım, qalıb, AEK-ə kömək etməli idim. Həmin vaxt qərar vermək mənim üçün çətin idi. Çünki hər peşəkar futbolçunun belə, maddi marağı olur”.

Qeyd edək ki, Sialmas hazırda karyerasını İsveçin “Akropolis” klubunda davam etdirir (apasport.az).




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30