20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

“Sumqayıt” bu gün “Adana Demirspor”la qarşılaşacaq

Türkiyənin Bolu bölgəsində təlim-məşq toplanışını davam etdirən “Sumqayıt” bu gün qonşu ölkədə növbəti yoxlama oyununa çıxacaq. Futbolxeber.az saytının məlumatına görə, Samir Abasovun yetirmələri bu dəfə Türkiyə 1-ci liqa təmsilçisi "Adana Demirspor" olacaq. Qarşılaşma yerli vaxtla saat 16:00-da başlayacaq.

Qeyd edək ki, "Adana Demirspor" 2015/2016 mövsümünü PTT 1-ci liqada 4-cü pillədə tamamlayaraq Superliqaya yüksəlmək uğrunda pley-off mərhələsinə vəsiqə qazanıb. Adana təmsilçisi bu mərhələdə iki oyunun nəticəsinə görə "Elazığspor"dan üstün olub finala yüksəlsə də, həlledici görüşdə penaltilər sonrası "Alanyaspor"a məğlub olmaqla Superliqaya yüksəlmək şansını itirib. Daha bir maraqlı fakt isə "Adana Demirspor"un hücumçusu Mikael Pote 2015/2016 mövsümündə 23 qol vurmaqla 1-ci liqanın bombardiri olub.

Xatırladaq ki, "Sumqayıt" FK Boludakı ilk yoxlama matçında Səudiyyə Ərəbistanı təmsilçisi "Al Khaleej"ə 1:3 hesabı ilə məğlub olmuşdu (klub saytı).

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30