24 Aprel 2024, Çərşənbə
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”

Ölkə futbolu

“Qəbələ” MTK ilə Bakıdakı oyuna hazırlaşır

“Qəbələ” UEFA Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyununun hazırlığına start verib. Futbolxeber.az saytının məlumatına görə, iyulun 14-də Macarıstanın Dyer şəhərində MTK ilə keçirilən ilk qarşılaşmanın (2:1) ardından bir günlük istirahətə buraxılan “qırmızı-qaralar” məşqlərini iyulun 16-da bərpa edib. Bakıda baş tutan hazırlıq prosesində futbolçular iki qrupda bölünüb. Günün ikinci yarısına təsadüf edən məşq zamanı Macarıstandakı görüşün iştirakçıları bərpaedici məşqlə kifayətləniblərsə, digər oyunçular toplu çalışmalara üstünlük verib. Budapeşt klubu ilə qarşılaşmanın hazırlığını davam etdirəcək “Qəbələ” dünən növbəti məşqini keçirib. Hazırlıq günün ikinci yarısında baş tutub.

Xatırladaq ki, cavab oyunları çərçivəsində baş tutacaq “Qəbələ” - MTK qarşılaşması iyulun 21-də Bakıda keçiriləcək. “Bakcell Arena”dakı görüş Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

 


gabalafc.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30