25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Bir gəncin manifesti ... YAZI

Futbol üzrə Azərbaycan milli yığmasının və “Qəbələ” komandasının keçmiş oyuncusu Cavid Hüseynov barəsində dəfələrlə yazmışam, münasibət bildirmişəm. Ilk gündən onun günahsız olduğunu bildirmişəm. Ictimai qınaqdan çəkinmədən bu işə qol qoymuşam. Həmin yazılara görə təhqir edənlər də oldu, qınayanlar da. Müdafi edənlər isə barmaqla sayılan qədər oldu

Məsələlər aydınlaşdıqca barmaqla sayılanların sayı artmağa başladı. Bu, Cavidin həbsdən azad olunmasına heç bir təsir göstərməsə də, hesab edirəm ki, Cavidə, onun yaxınlarına bir təskinlik oldu: GÜNAHSIZDIR!

Bu isə ictimai fikrin Cavidin xeyrinə dəyişməkdə böyük uğurdu. Sevinirəm ki, bu uğurun qazanılmasında mənim də müəyyən zəhmətim, əziyyətim olub. Hadisənin ilk günündə Cavidi təhqir edənlər, onu cinayətin səbəbkarı və təşkilatçısı olmaqda günahlandıranların böyük əksəriyyəti Cavidi müdafiə etməsələr də, səslərini çıxartmırlar. Bəlkə də utandıqlarındandı ki, artıq bu məsələyə münasibət bildirmirlər.

Hadisə baş verəndən dərhal sonra bəzi idman jurnalistləri bəyanat verdilər, Cavidi günahlandırdılar. Bu gün həmin bəyanatı verənlər Cavidin günahsız olduğunu dilə gətirirlər

Məhkəmə bitməyib, davam edir. Rayon məhkəməsinin hökmündən apellyasiya şikayəti verilib, məhkəməsinin başlamısana sayılı günlər qalıb. Istintaq və 1-ci instansiya məhkəməsində istintaq araşdırması dövrdə Cavidi üzvü olduğu futbol klubu və AFFA müdafiə etmədi. Səbəbi məlumdu: istintaqın yekunlaşmasını gözləyirdilər. Həmin dövrdə klub və AFFA Cavdi müdafiə etsəydi ictimai qınağa tuş gələcəkdilər, məlum şəbəkə bunu məhkəməyə təzyiq kimi qiymətləndirilə bilərdilər.

Lakin və amma hazırda gün kimi aydın olan məsələ daha da aydınlığa çıxıb, klub və AFFA Cavidi rahat formada müdafiə edə bilər. Azından məlum təhqir və böhtan yağdıran şəbəkə susdurulub. Klub və AFFA-nın Cavidi müdafiə etməsi artıq mənəvi bir məsələdi. Istintaqın və 1-ci instansiya məhkəməsinin gəldiyi səhv nəticə göz önündədir.

Cavid ola bilər ki, indən belə futboldan tamamilə uzaqlaşsın, amma “Qəbələ” klubu və AFFA Cavid Hüseynovu müdafiə etməyə borcludular. Azından ona görə borcludular ki, Cavid günahsızdır. Ona görə borcludular ki, Cavidin həm klubun, həm də yığmanın müəyyən uğurlarında rolu danılmazdı.

AFFA və klub rəhbərliyi nüfuzundan istifadə edib Cavid Hüseynovun günahsız olmasını məhkəmə qaydasında da sübut edə bilərlər. Heç olmasa bu etapda Cavidi tək qoymamağa çalışmaq lazımdı. Bir daha vurğulayıram, ola bilər Cavid daha futbol oynamasın, amma gənc futbolçuların yetişməsində Cavidin böyük rolu ola bilər. Azından buna görə Cavidin azad olunmasına çalışmaq lazımdı.

Bu gün “Qəbələ”nin Cavidlə başlayan uğuru Cavidsiz davam edir. Cavid həbs olunandan sonra klubun digər oyunçuları hər oyunda Cavidi unutmadıqlarını göstərməklə klubun uğuruna daha çox uğur qatırlar. Cavidin komanda yoldaşlarının hər biri meydana onun günahsız olduğuna inandıqları üçün Cavid kimi çıxırlar. Bu səbədən klub rəhbərliyi Cavidi müdafiə etməlidi.

Mehman Muradlı




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30